Logo
    main-post-cover

    Elektromobillər nə dərəcədə etibarlıdır?

    Elm & Texnologiya
    30.11.2023
    Emil
         ABŞ-ın Consumer Reports adlı jurnalı elektromobillərin bəyan edildiyi kimi ənənəvi avtomobillərdən daha etibarlı olub-olmadıqlarını yoxlamaq üçün son 23 il ərzində 330 000 avtomobil sahibindən müxtəlif məlumatları yığıb. Nəticədə məlum olub ki, benzin və dizel ilə çalışan avtomobillər daha az hallarda sıradan çıxırlar. Aparılmış tədqiqatın nəticələrinə əsasən ənənəvi avtomobillərdən fərqli olaraq elektromobillər etibarlılıqla bağlı ortalama 79% daha çox problemə sahibdirlər.
         Elektromobillərdə çox zaman şarj prosesi və batareyalar ilə bağlı problemlər yaşanır. PHEV (plug-in hybrid electric vehicle) hibrid avtomobillər isə daha çox problemə sahibdirlər. Məlumata əsasən bu hibridlərdə 146% daha çox problem aşkar edilib. HEV (hybrid electric vehicle) hibrid avtomobillər isə 26% daha az halda sıradan çıxırlar. Əldə edilmiş məlumatlar əsasında mütəxəssislər brendlər üzrə bütün növ avtomobillərin etibarlılıq reytinqini tərtib ediblər.
    Paylaş