Elektromobillər üçün yeni nəsil sürətli şarj stansiyası təqdim edilib
Elm & Texnologiya
06.08.2024
Emil Nəcəfov
Çinin avtomobil istehsalçısı XPeng Motors şirkəti elektromobillər üçün nəzərdə tutulmuş yeni nəsil sürətli şarj stansiyasını təqdim edib. Cari rübün sonunda istifadəyə verilməsi planlaşdırılan yeni nəsil sürətli şarj stansiyası S5 adlanır və o, maye soyutma sisteminə sahibdir. Şirkətin sözügedən şarj stansiyası 800 kilovata kimi cərəyan gücünü təmin edə bilir. Nəticədə bu şarj stansiya vasitəsilə 5 dəqiqə ərzində şarj olunan elektromobil 300 km yol qətt edə bilir.
S5 adlı şarj stansiyasının təqdimatı zamanı XPeng Motors şirkətinin CEO-su He Xiaopeng bildirib ki, o, 800 A çıxış cərəyanını və 1000 vatt gərginliyi təmin edir. “Bu o deməkdir ki, siz 5 dəqiqəlik şarj prosesi sayəsində 300 km yol qətt edə biləcəksiniz. Bu çox sürətli və effektivdir” - deyə He Xiaopeng qeyd edib. Qeyd etmək lazımdır ki, XPeng Motors-un hal-hazrıda sahib olduğu ən sürətli şarj stansiyası S4-dür. O, 2022-ci ildə istifadəyə verilib və onun vasitəsilə 5 dəqiqəlik şarj prosesi nəticəsində elektromobil 210 km yol qətt edə bilir. S4 şarj stansiyası 670 A çıxış cərəyanını və 480 kilovata kimi cərəyan gücünü təmin edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!