Logo
    main-post-cover

    Elektromobillərin batareyalarına dair məşhur mifə aydınlıq gətirilib

        Recurrent Auto şirkəti 15 000 ədəd elektromobilin batareyasınl müşahidə edib. Şirkətin aparmış olduğu müşahidənin nəticələri elektromobillərin batareyalarının tez zamanda sıradan çıxmaları və nəticədə onları tez-tez dəyişdirmək lazım olduğu fikirlərini təkzib edib. Aparılmış tədqiqatın nəticələrinə əsasən elektromobillərin yalnız 1.5%-i hansısa problemlərin və ya nasazlıqların olmaları səbəbilə batareyanın dəyişdirilməsinə ehtiyac duyublar. Bununla belə batareyanın dəyişdirilməsinə ehtiyac duymuş elektromobillərin modelləri (Tesla Model S və Nissan Leaf) 12 il bundan öncə istehsal edilib.
        Recurrent Auto şirkətinin hesabatında qeyd edilib ki, elektromobillərdə batareyaların çalışma effektivliklərinin aşağı düşməsi səbəbilə dəyişdirilməsi yalnız bir neçə ildən sonra baş verir və bununla belə onların çalışma effektivliklərinin aşağı düşməsi prosesi ləng şəkildə gedir. Bu isə o deməkdir ki, batareya elektromobilin 8 illik istifadəsindən və ya ümumilikdə 150 000 km yol qətt etdikdən sonra heç də durduq yerdə səbəbsiz şəkildə sıradan çıxmır. Buna görə də batareyanın dəyişdirilməsi üçün minlərlə dollar vəsait xərcləmə riski bir qədər abstrakt səslənir. Bunu həmçinin yüzlərlə kilometr yol qətt etmiş ilk Tesla Model S elektromobillərinin sahibləri də təsdiqləyiblər.
    Paylaş
    Bənzər xəbərlər