Elektromobillərin qiymətləri yaxın illərdə adi avtomobillərin qiymətləri səviyyəsində olacaq

Elektromobillərin qiymətləri yaxın illərdə adi avtomobillərin qiymətləri səviyyəsində olacaq

Texnologiya
11.09.2023 PAYLAŞIM

    Gartner analitik şirkətin fikrincə artıq yaxın illərdə elektromobillər benzinlə çalışan ənənəvi avtomobillərin satış qiymətlərinə sahib olacaqlar. Bu isə öz növbəsində elektromobillərə olan tələbatı yüksəldəcək. Hal hazırda isə elektromobillərin ənənəvi avtomobillərdən daha baha satılması səbəbilə bir çoxları onları əldə etməyə tələsmirlər. Mütəxəssislərin hesablamalarına əsasən elektromobillər ilə benzin vasitəsilə çalışan ənənəvi avtomobillərin qiymətləri arasındakı müqayisələr artıq 2027-ci ildə start götürə bilər.

    Bununla belə elektromobillərin şarj olunmaları üçün lazım olan infrastrukturun qurulmaması buna mane ola bilər. Buna görə də bu problemi aradan qaldırmaq üçün dövlətlər artıq indidən vacib addımlar atmalıdırlar. Bundan əlavə olaraq Gartner şirkəti bildirib ki, avtomobil istehsalçılarının 2030-cu ilə kimi satışa çıxaracaqları modellərin 50%-i elektromobillər olacaqlar. Bu, bütün dünyadakı dövlətlərin benzinlə çalışan avtomobillərin satışlarının ekoloji qaydalarını sərtləşdirmələri səbəbilə tədricən baş verəcək.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×