
Elektron diş fırçasını Apple AirPods kimi təqdim edərək insanları ələ saldı
Elm & Texnologiya
07.05.2017
Farid
Britaniyalı pranker Yulius Deyn (Julius Dein) musiqi festivallarından birində olan insanlara adi elektron diş fırçasını AirPods qulaqlıqları kimi təqdim edərək onları ələ salıb.
Prankerin YouTube kanalında paylaşılmış videoda gənc oğlan
insanlara yaxınlaşaraq onlara adi elektron diş fırçalarını AirPods adı ilə təqdim
edərək insanlardan qulaqlıqlar haqqında fikirlərini öyrənməyə çalışır. İnsanlar
isə qulaqlıqların dizaynını və səs keyfiyyətinin yüksək səviyyədə olduğunu və
qulaqlıqları bəyəndiklərini qeyd ediblər. Həmin prank videonu sizlərə təqdim
edirik.
Paylaş
Bənzər xəbərlər