
Elektron siqareti anidən partlayaraq xəsarət aldı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Fransada bir gecə klubu sahibinin başına xoşagəlməz hadisə gəlib.
Belə ki, onun elektron siqareti cibində
partlayıb və o, xəstəxanaya çatdırılıb. Baş vermiş hadisəni gecə klubunun
kamerası anbaan qeydə alıb. Fransalı sakin Amin Britel cibində partlamış elektron
siqaretin nəticəsində xəstəxanada qarın və barmaq yanıqlarından müalicə
olunur. "Technote.az"ın "Popmech.ru"a istinadən verdiyi xəbərə əsasən Çin istehsalı batareyanın hansı səbəbdən partladığı hələki bilinmir.
Lakin Amin əmindir ki, elektron siqaretin batareyası cibə xırda pullarla
birlikdə olan anda qızmağa başlayıb. Hadisə Amin-in sahibi olduğu gecə klubunun
həyətində yerləşdirilmiş kamera vasitəsilə qeydə alınıb. Videodan da göründüyü
kimi Amin-in bəxti hələ gətirib. Onun dediyinə görə isə pənceyinin altında olan
pambıq köynək alovun yayılmasının qarşısını alıb. O da bəxtinin gətirdiyini
düşünür. Belə ki, həmin gün o sintetik materiallardan hazırlanmış paltar geyinməyib.
Əks halda alov onun bədəninə yayıla bilərdi.
Paylaş
Bənzər xəbərlər