
Elon Mask yeni məhsulunu anons edib
Elm & Texnologiya
07.05.2017
Farid
"SolarCity”-nin "Tesla Motors” tərəfindən alınmasının rəsmi elanından bir həftə sonra Elon Mask şirkətin yeni məhsulunu anons edib.
Yeni məhsul evlər üçün nəzərdə tutulmuş günəş damlarıdır.
Technote.az-ın "Electrek.co” saytına istinadən verdiyi xəbərə əsasən onlar adi
dam səthlərinin əvəzinə quraşdırıla biləcək. İndiyənə kimi "SolarCity” günəş
batareyalarını yalnız ayrıca istehsal edirdi. Lakin bu cür variant yeni ev damı
arzusunda olanlar üçün yaramırdı. Nəticədə tutulmayan böyük bazar seqmenti
qalmışdı. Mask-ın sözlərinə əsasən günəş damları adi dam səthlərindən daha
yaxşı görünüşə sahib oldumalarından başqa onlar daha uzun müddət xidmət edəcəklər.
"SolarCity”-nin baş direktoru Lindon Riv öz növbəsində qeyd edib ki, şirkət
2016-cı ilin sonuna kimi iki məhsul təqdim edəcək. Çox güman ki, onlardan biri
günəş damları, digəri isə adi dam səthinə malik evlərə quraşdırılacaq yenilənmiş
cihazlar olacaq. Daha ətraflı məlumatlar yaxın aylarda təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər