Logo
    Elon Musk, 25.000$-a satılacaq büdcəli Tesla elektromobili söz verib: Bu nə zaman baş verəcək?

    Elon Musk, 25.000$-a satılacaq büdcəli Tesla elektromobili söz verib: Bu nə zaman baş verəcək?

      2023-cü ildə Tesla şirkəti avtopilot sisteminə sahib büdcəli elektromobili satışa çıxardacaq və onun qiyməti 25.000$ təşkil edəcək. Bu cür bəyanatı Elon Musk şirkət investorları ilə görüşdə bildirib. Bu barədə New York Post xəbər verib. “Biz əminik ki, 3 ildən sonra qiyməti 25.000$ olacaq avtomobili satışa çıxarda biləcəyik. Bununla yanaşı həmin avtomobil tam avtopilot sisteminə sahib olacaq” - deyə Musk bildirib. Beləliklə satışa çıxarılacaq yeni büdcəli elektromobil Tesla-nın hal hazırda mövcud olan ən ucuz modelindən 12.000$ daha aşağı qiymətə satılacaq.
      Qeyd etmək lazımdır ki, şirkətin hal hazırda ən ucuz elektromobili Model 3-dür və o, 37.990$-a satılır. Şirkətin ən bahalı elektromobili olan Model X-in qiyməti isə 79.990$-dan başlayır. Beləliklə Tesla-nın əsas məqsədi büdcəli elektromobilləri istehsal etməkdir. Bu cür bəyanatın fonunda Tesla-nın səhmlərinin qiymətləri 7.7% aşağı düşüblər. Analitiklərin fikirlərinə əsasən bunun əsas səbəbi ondadır ki, Musk-ın vədd etdiyi məsələ yalnız 3 ildən sonra baş tutacaq. İnvestorlar isə şirkətin inqilabi həll üsullarını tez bir zamanda görməyə ümid edirdilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Elon Musk, 25.000$-a satılacaq büdcəli Tesla elektromobili söz verib: Bu nə zaman baş verəcək?