main-post-cover

    Elon Musk 70% ehtimalla Mars planetinə uçacaq

    Elm & Texnologiya
    26.11.2018
    Farid Pardashunas
        Elon Musk-ın şəxsi kosmik planları BKS-in (Beynəlxalq Kosmik Stansiya) sərhədindən də kənara çıxır. Tesla SpaceX kimi şirkətlərin CEO-su olan Elon Musk gələcəkdə Mars planetinin kolonizasiya missiyasında iştirak etmək istərdi. Bu baxımdan o öz şansını 70% qiymətləndirir. Yəni 70% ehtimalla Musk Mars planetinə uçacaq. Musk-ın fikrincə bu cür uçuş artıq 7 ildən sonra mümkün olacaq və bu cür uçuşun qiyməti bir neçə yüz min dollar təşkil edəcək. Lakin Mars planetinə uçuşu Yer kürəsinin problemlərindən qaçış kimi nəzərə almaq lazım deyil. Belə ki, Mars planeti həyatın var olması üçün heç də ideal bir yer deyil.
        Musk-ın sözlərinə görə bu cür missiya həddindən artıq qəliz olacaq. Mars planetinə yollanacaq ilk astronavtların hələ kosmosda həlak olma ehtimalları var. Mars planetinin səthinə uğurlu enişin olacağı halında isə planetdə ilk bazanın yaradılması uğrunda səy ilə çalışaq lazım gələcək. Və həmçinin Mars-a yollanacaq ilk insanların Yer kürəsinə qayıdacaqları ehtimalının ümumiyyətlə olmaması da istisna deyil. Elon Musk bu mövzuda özünü alpinist hesab edir. Onun sözlərinə əsasən bir çoxları Everest zirvəsini fəth etmək yolunda həlak olurlar. Lakin buna baxmayaraq bir çox alpinistlər zirvəyə doğru getməyə davam edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər