main-post-cover

    Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz verib

    Elm & Texnologiya
    18.04.2021
    Emil Nəcəfov
        Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəsində ondan istənilən yerdə istifadə etmək imkanını yaradacaq. Twitter-də istifadəçilərdən biri Musk-dan soruşub ki, Starlink istifadəçiləri internetdən istifadə etmək üçün konkret bir yerdə olmalıdırlar yoxsa portativ cihazlar vasitəsilə də internetdən istifadə etmək mümkün olacaqmı?
        Elon Musk isə cavabında qeyd edib ki, Starlink peyk interneti artıq bu il tamamilə mobil olmalıdır. Bunun sayəsində istifadəçi hətta avtomobil vasitəsilə hərəkətdə olan zaman da ondan istifadə edə biləcək. Lakin bunun üçün SpaceX şirkəti Yer kürəsinin orbitinə əlavə peyklər yerləşdirməlidir. Belə ki, bu vasitə ilə internet bağlantısının tam əhatəsi mümkün olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda Starlink layihəsi beta test mərhələsindədir.
        SpaceX şirkəti Starlink komponentlərinin nəqliyyat növlərində çalışmalarına icazənin alınması üçün müvafiq dövlət orqanlarına artıq sorğu göndərib. Hal hazırda Yer kürəsinin orbitində 1100 ədəd Starlink peyki mövcuddur. Keçən ilin oktyabr ayında şirkət ABŞ, Kanada və Böyük Britaniya istifadəçiləri üçün beta test mərhələsini işə salmışdı. Starlink-dən istifadənin aylıq abunə haqqı 99$ təşkil edir. SpaceX-in məlumatına əsasən Starlink artıq 10.000 istifadəçi kütləsinə sahibdir.
    Linki kopyala