
Elon Musk bütün odpüskürənləri rekord vaxtda satdı
Elm & Texnologiya
01.02.2018
Emil
Elon Musk-ın “The Boring Company” şirkəti tərəfindən hazırlanmış odpüskürənlərin ön sifarişlərinə start verilməsindən bir neçə gün sonra şirkətdə olan 20.000 odpüskürənin hamısı satıldı.
Qiyməti 500$ olan bu odpüskürən təqribi
olaraq 100 saat ərzində Musk-a 10 milyon dollar gəlir gətirdi. Musk bildirib
ki, cihazları ön sifariş etmiş şəxslər onları yaz fəslində əldə edəcəklər.
Bununla yanaşı o etiraf edib ki, odpüskürənin qiymət göstəricisi bir qədər yüksək
olub və əlavə edib ki, buna oxşar cihazı digər yerlərdən daha ucuz qiymətə əldə
etmək mümkündür.
O həmçinin qeyd edib ki, odpüskürən alıcılara pulsuz
yanğınsöndürən ilə çatdırılacaq. Cihazın satışından əldə olunmuş vəsait isə “The
Boring Company” şirkətinin Los Ancelesdəki yeraltı tunnellərin tikilməsinin
maliyyələşdirilməsinə yönələcək. Bu kampaniya bir növ şirkət üçün əlavə vəsaitlərin
yığılmasını özündə əks etdirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
