main-post-cover

    Elon Musk Çində yeraltı tunellər inşa etmək niyyətindədir

    Elm & Texnologiya
    05.08.2019
    Emil Nəcəfov
        Elon Musk-ın layihələrindən biri yaxın zamanda ABŞ-dan kənarda inkişaf edə bilər. Belə ki, o özünün The Boring Company şirkətinin Çində fəaliyyətə başlaması planından bəhs edib. Bu barədə Digitaltrends saytına isitnadən 4pda saytı xəbər verib. The Boring Company şirkəti Elon Musk-ın portfoliosunda xüsusi yer tutur. Həmin şirkət vasitəsilə Musk Çində adi metro tunelinin yaradılmasına xərclənən vəsaitlə müqayisədə daha ucuz şəkildə yeraltı tunellər inşa etməyi planlaşdırır.
        Güman olunur ki, vəsaitin qənaət olunması dizel yanacağının yerinə elektromühərriklərdən ibarət təchizatdan istifadə etməklə və tunel diametrinin kiçildilməsi ilə nail oluna bilər. Asiadan hansısa partnyorların Musk ilə razılaşmaya sahib olub-olmadıqları barəsində hələki heç bir məlumat yoxdur. Heç istisna deyil ki, biznesin bir hissəsinin Çinə keçirilməsi Çinin yerli nizamlayıcı orqanları ilə daha effektiv qarşılıqlı əlaqədə olmaq ilə əlaqəlidir.
    Linki kopyala