Logo
    main-post-cover

    Elon Musk-dan yeni hədəf: Ayda süni intellekt fabriki qurmaq istəyir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Elon Musk süni intellekt şirkəti xAI-ın əməkdaşları ilə keçirdiyi ümumi iclasda şirkətin gələcəyindən danışarkən diqqəti gözlənilməz istiqamətə – Aya yönəldib.
    SpaceX could land astronauts on the moon in 2024, Elon Musk says | Space
        “The New York Times”ın məlumatına görə, Musk bildirib ki, xAI Ayda istehsal zavodu qurmalıdır. Onun ideyasına əsasən, bu zavod süni intellekt peykləri istehsal edəcək və onları nəhəng katapult sistemi vasitəsilə kosmosa buraxacaq. Musk-ın fikrincə, bu addım xAI-a rəqiblərindən daha böyük hesablama gücü qazandıracaq. O qeyd edib ki, bu miqyasda bir süni intellektin necə düşünəcəyini təsəvvür etmək çətindir, lakin bunun şahidi olmaq son dərəcə maraqlı olacaq.
        Bu açıqlama xAI üçün olduqca həssas bir vaxta təsadüf edir. Son günlərdə şirkətin iki həmtəsisçisi olan Tony Wu və Jimmy Ba şirkətdən ayrıldı. Ümumilikdə isə xAI-ın 12 qurucu üzvündən 6-sı artıq layihəni tərk edib. Eyni zamanda, Musk-ın digər şirkəti SpaceX IPO-ya hazırlaşır. İddialara görə, bu IPO şirkəti 1.5 trilyon dollar dəyərində qiymətləndirə bilər. Maraqlıdır ki, SpaceX uzun illər əsas hədəf kimi Mars koloniyasını göstərsə də, Musk son açıqlamasında strategiyanın dəyişdiyini bildirib. Onun sözlərinə görə, Mars layihəsi 20 ildən çox vaxt ala bilər, halbuki Ayda “öz-özünü böyüdən şəhər” yaratmaq bu müddətin yarısında mümkündür.
    Paylaş