main-post-cover

    Elon Musk: 'Dünyanı dəyişmək üçün həftədə minimum 80 saat çalışmaq lazımdır'

    Elm & Texnologiya
    28.11.2018
    Farid Pardashunas
        Tesla SpaceX kimi şirkətlərin CEO-su Elon Musk-ın fikrincə iki istirahət günü ilə gündəlik 8 saatlıq iş rejiminə sahib iş həftəsi texniki tərəqqi üçün faydasız sistemdir. Onun fikrincə iddialı planlara sahib insan iki dəfə daha çox çalışmalıdır. İş qrafiki barəsində ideyasını Musk öz Twitter hesabında paylaşıb. Belə ki, Musk öz Twitter hesabında The Wall Street Journal-ın bir məqaləsinin linkini paylaşıb. Həmin məqalədə qeyd olunub ki, gərgin iş qrafikinə baxmayaraq bir çox gənc və bacarıqlı şəxslər məhz Tesla şirkətinə işə düzəlməyə çalışırlar.
        “Gəlin birlikdə yeni və təəccübləndirici texnologiyalar yaradaq. Əgər nəticə əldə etmək istəyirsinizsə, SpaceX, Tesla, Boring CompanyNeuralink kimi şirkətlərə müraciət edin” – deyə Musk qeyd edib. Sözügedən hər 4 şirkət Musk tərəfindən təsis edilib və Musk tərəfindən də idarə olunur. Bu cür gərgin iş rejimi çərçivəsində Musk istirahət günləri olmadan iş problemlərini həll edir. Avqust ayında olmuş müsahibələrinin birində Musk bildirmişdi ki, gərgin iş rejimi səbəbilə o, qardaşının evlilik mərasiminə gedə bilməmişdi və öz ad günündə Tesla şirkətinin fabrikində gecələmişdi.
        Sonuncu dəfə o, 1 həftədən çox yalnız 2001-ci ildə dincəlmişdi. Görünür, gərgin iş rejimində çalışmaq, Musk-ın özəl xüsusiyyətidir. “Çalışmağın asan olduğu digər yerlər də var. Lakin heç kim həftədə 40 saat çalışmaqla dünyanı dəyişə bilməyib” – deyə Musk qeyd edib. Onun sözlərinə əsasən ideal iş qrafiki insandan asılıdır. “Stabil göstərici həftədə 80 saat çalışmaqdır. Maksimum göstərici isə 100 saatdan bir qədər çoxdur. 80 saatdan sonra iş prosesi daha da ağır olur” – deyə Musk əlavə edib. Onun sözlərinə görə bu il ən kritik vəziyyətlərdə o, həftədə 120 saat çalışıb. Yəni istirahət günü olmadan gündə 17 saat çalışmaq.
        Həmin vaxtda Tesla şirkəti Model 3 elektromobil modelinin istehsalatında yaranmış problemləri aradan qaldırmağa çalışırdı. Burda əsas məsələ Musk-ın hansı işlə məşğul olmasını qeyd etməkdir. Təbii ki, o, gündə 17 saat fabrikdəki cihazların arxasında dayanmırdı. Lakin Musk öz iş prosesi və şirkətdə olan adi işçilərin iş qrafiki statistikaları barəsində məlumat vermir. Bunun yerinə o, jurnalistləri emosional cümlələr ilə sevindirir. “Bu çox ağır bir il idi. Mənim karyeramda ən ağır il. Mən sanki 5 il qocaldım” – deyə Musk bildirib. Hal hazırda Musk-ın iş qrafiki dəyişilmiş vəziyyətdir. Onun sözlərinə əsasən hal hazırda o, həftədə 80-90 saat çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər