main-post-cover

    Elon Musk dünyanın ən böyük 'virtual elektrostansiyası'nı tikəcək

    Elm & Texnologiya
    05.02.2018
    Emil Nəcəfov
    Avstraliyanın Cənubi Avstraliya ştatı 250 meqavat gücündə bölüşdürülmüş günəş elektrostansiyası və 650 meqavat saat gücündə enerji saxlama sistemi əldə edəcək.
        Beləliklə sakinlər yüksək qiymətə sahib elektroenerjidən əziyyət çəkməyəcəklər. “Tesla” şirkəti bildirib ki, o bu “virtual elektrostansiyaya” 2022-ci ilə kimi 50.000 evin enerji sistemini birləşdirəcək. Bu barədə Electrek saytı xəbər verib. Beləliklə “Tesla” şirkəti Cənubi Avstraliyada 50.000 evi günəş panelləri və enerji saxlama sistemləri ilə təmin edərək dünyanın ən böyük “virtual elektrostansiyası”nı tkəcək.
        Qeyd etmək lazımdır ki, şirkət artıq Avstraliyada 100/129 meqavat saat gücündə olan dünyanın ən böyük litium-ion batareyasını tikib. Lakin yeni layihə tikilmiş ən böyük litium-ion batareyası olan Powerback-ın tam əksi olacaq. Belə ki, mərkəzləşdirilmiş bir enerji saxlama sistemi əvəzinə şirkət Powerwall adlı bölüşdürülmüş sistem yaradacaq.
        50.000 evdən hər biri 5 kilovat gücündə günəş panelləri və 13.5 kilovat saat gücündə Tesla Powerwall 2 batareya sistemi ilə təmin olunacaq. Nəticədə Cənubi Avstraliya ştatı minimum 650 meqavat saat gücündə bölüşdürülmüş enerji saxlama stansiyasını və eyni zamanda 250 meqavat gücündə günəş elektrostansiyasını əldə edəcək.
        Yeni layihə Cənubi Avstraliya tərəfindən 32 milyon dollar dəyərində qrant alacaq və həmçinin elektroenerji satışından əldə olunacaq vəsait vasitəsilə maliyyələşdiriləcək. “Tesla” bildirib ki, 2022-ci ilə kimi bütün 50.000 evə enerji sisteminin quraşdırılmasını başa çatdıracaq.
    Linki kopyala