main-post-cover

    Elon Musk gələn ay Marsa uçacaq Falcon Heavy raketini təqdim etdi

    Elm & Texnologiya
    20.12.2017
    Emil Nəcəfov
    “SpaceX” şirkətinin təsisçisi Elon Musk öz Twitter hesabında start uçuşuna hazır Falcon Heavy ağır raketinin fotosunu paylaşıb.

    Sözügedən ağır raket Florida ştatındakı NASA mərkəzinin “SpaceX” anbarında yerləşir. Raketin hazır olması Elon Musk-ın Mars planetinin kolonizasiyası planına daha bir addımdır. Qeyd etmək lazımdır ki, Falcon Heavy indiyənə kimi yaradılmış ən güclü raketlərdən biridir. O, Yer kürəsinin aşağı orbitinə 63 ton yükü qaldırmaq, Mars planetinə isə demək olarki 17 ton yük aparmaq qabiliyyətinə malikdir. Ağır raketin hazırlanmasına 7 il vaxt sərf olunub. Onun uçuşunun reallaşdırılması üçün sərf olunmuş vəsait isə təqribi olaraq 120 milyon dollar təşkil edir. Raketin ilk uçuşu 1 aydan sonra baş tutacaq.

    Linki kopyala