main-post-cover

    Elon Musk hazır olmuş yeraltı tunelin videosunu təqdim edib

    Elm & Texnologiya
    11.05.2018
    Farid Pardashunas
    Tesla, SpaceX The Boring Company şirkətlərinin təsisçisi Elon Musk öz Instagram hesabında Los Ancelesin beynəlxalq hava limanı ilə SpaceX-in baş ofisini birləşdirən yeraltı tunelin daxilindəki səyahət videosunu paylaşıb. Bununla yanaşı o bildirib ki, həmin tunel demək olar ki, artıq hazırdır. Növbəti mərhələdə Musk dövlətdən icazə almalıdır ki, bir neçə aydan sonra insanlar həmin tunel vasitəsilə pulsuz səyahət edə bilsinlər. Lakin son nəticə etibarilə həmin gedişlər pullu olacaq.
    Lakin onların qiymətləri adi avtobus biletləri qiymətlərindən daha ucuz olacaq. Musk həmçinin qeyd edib ki, yeraltı tunellər ilk növbədə piyadalar və velosiped sürən insanlar üçün nəzərdə tutulub. Avtomobil sürücüləri də həmin tunnellərdən istifadə edə biləcəklər. Lakin əsas üstünlük piyadalara və velosiped sürən insanlara veriləcək. Həmçinin Musk bildirib ki, The Boring Company Vaşinqton ilə Nyu York arasında tunelin inşasına da başlayıb. Şirkətin planlarında həmçinin Los Anceles ilə San Fransisko arasında tunelin inşası var. Həmin tuneldə isə Hyperloop nəqliyyat növündən istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər