main-post-cover

    Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər sistemini inşa edəcək

    Elm & Texnologiya
    21.10.2021
    Farid Pardashunas
        Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq verib. Belə ki, şirkət Vegas Loop adlı tunellər sisteminin inşasını planlaşdırır Həmin tunellər üzrə isə 24 saat ərzində Tesla elektromobilləri hərəkət edəcəklər. 51 stansiyadan ibarət olacaq bu sistem ümumilikdə 47 km uzunluğa sahib olacaq tunelləri birləşdirəcək. Layihənin startı üçün şirkət yerli nizamlayıcı orqanlardan sadəcə olaraq bəzi texniki icazələri əldə etməlidir. Boring Company layihəsi faktiki olaraq metronun daha eksklüziv alternativini təklif edir.
        Belə ki, bu şirkətin tunnelərində qatarların əvəzinə avtopilot sistemli avtomobillər hərəkət edəcəklər. Şirkətin prezidenti olan Steve Davis-in sözlərinə əsasən Vegas Loop layihəsi bir neçə mərhələdə reallaşdırılacaq. İnşa ediləcək stansiyalar isə sürətlə istifadəyə veriləcəklər. Layihənin reallaşdırılmasının ilk 6 ayında şirkət 5-10 stansiyanı istifadəyə verməyi planlaşdırır. Daha sonra isə hər il 15-20 stansiya istifadəyə veriləcək. Şirkət sözügedən layihəni 3 il ərzində bitirməyi hədəfləyib. Boring Company artıq dəfələrlə Vegas Loop sisteminin necə yüksək effektivliyə sahib olacağı barəsində məlumat verib. Gözləntilərə əsasən bu sistem hər saat ərzində 57.000 sərnişini daşımaq imkanına sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər