Elon Musk-ın, Mars planetinin mənimsənilməsi layihəsi zamanı qarşılacağı ciddi problemlər

Elon Musk-ın, Mars planetinin mənimsənilməsi layihəsi zamanı qarşılacağı ciddi problemlər

Texnologiya
05.10.2017 PAYLAŞIM

Elon Musk və onun “SpaceX” şirkəti, növbəti 5 il ərzində Mars planetinə iki kosmik uçuş planlaşdırır. 2024-cü ildə isə sözügedən planetə ilk insanlar ayaq basmalıdırlar. Bundan sonra planetdə kosmik liman və şəhər tikiləcək. Müəyyən vaxtdan sonra isə planet, Yer kürəsi kimi həyat şəraitinin yaradılması üçün münbit mühitə sahib olacaq.

Əgər Musk-ın planı baş tutsa, bu, Günəş sistemindəki həyatı tamamilə dəyişəcək. Marsın ilk kolonizatorlarının təcrübələri, alim və mühəndislərdən ibarət olan gələcək nəsilləri, yeni kəşflərin edilməsinə ilhamlandıracaq. Lakin həmin böyük gün və indiki zaman arasında “SpaceX”in həll etməli olduğu külli miqdarda çətin məsələlər var.


Onlardan çoxu, layihənin texniki tərəfləridir. Məsələn, astronavtları Mars planetinə çatdıracaq raket hələki inşa edilməyib. Kosmik gəminin testi zamanı hansı problemlərin yaşanacağını heç kim bilmir. Bu baxımdan çox güman ki, Musk və onun komandası, qeyri-standart həll yollarını tapa biləcəklər. Lakin buna baxmayaraq “SpaceX”, Mars missiyasının startından öncə bir sıra siyasi və sosial problemlərlə üzləşəcək. Bu barədə PhysOrg saytı xəbər verir.

Panetar təhlükəsizlik:

Fərz edək ki, Marsda nə vaxtsa həyat olub. Və əgər biz tez bir müddət ərzində həmin planeti mənimsəməyə başlasaq, onda orda nə vaxtlarsa varolmuş həyatın izlətini məhv edə bilərik. Və yaxud Yer kürəsindən təsadüfi şəkildə özümüz də bilmədən ora aparacağımız bakteriyaları, Mars planetinin sakinləri kimi qəbul edə bilərik. Birdən orda indinin özündə də zərərli viruslar olsa və astronavtlar bilmədən təsadüfi şəkildə onları Yer kürəsinə gətirsələr, onda necə?

Bu cür suallar, astrobioloqları və planetar təhlükəsizlik üzrə mütəxəssisləri narahat edir. Belə ki, biz, təhlükəsizlik üzrə tədbirləri yalnız dövlətin kosmik proqramlarına tətbiq edə bilərik. “SpaceX” kimi özəl şirkətlərə, beynəlxalq normalar və planetar təhlükəsizlik qaydaları, hüquqi cəhətdən tətbiq olunmur. İrimiqyaslı yoluxma üzrə suallara məsuliyyətsiz yanaşmaq, ona gətirib çıxara bilər ki, Mars mikrobları, Yer kürəsində əsl fəlakət yarada bilərlər.

Ekoterrorizm:

Musk, Mars barəsində uzunmüddətli planlara sahibdir. O, həmin paneti, həyat üçün gözəl məkana çevirmək istəyir. Günlərin birində insanlar nəinki digər ölkələrə, həmçinin digər planetlərə də köçə biləcəklər. Çox möhtəşəm səslənir. Lakin hamı üçün yox. Bəziləri bu ideyadan o dərəcədə şok vəziyyətə düşəcəklər ki, onun reallaşdırılmasının qarşısını almaq üçün müxtəlif cinayətlərə əl atacaqlar.


Günümüzdə ekoterrorizm ətrafında o qədər şaiyə var ki, onlardan real olaraq neçəsinin baş verdiyini təyin etmək qeyri-mümkündür. Lakin dəqiq olan odur ki, təbiəti ilkin vəziyyətdə saxlamaq üçün qanunları pozan, Yer kürəsinin xilas olunması Cəbhəsi kimi təşkilatlar mövcuddur. Bu isə o deməkdir ki, Musk-ın planlarını alt-üst etməyə çalışacaq aktivistlər yaranacaq. Beləliklə “SpaceX”, Yer kürəsini tərk etmədən bu cür problemlərlə qarşılaşa bilər.

Kosmik siyasət:

Kosmosa özəl şirkətlərin uçmasından öncə hökümətlər, Yer kürəsinin atmosferindən kənarda olacaq obyektlər üçün qanunları və tələbləri özündə birləşdirən beynəlxalq saaziş imzalayıblar. Kosmos üzrə saaziş, Ay və digər kosmik obyektlərdən sülh məqsədli istifadəni məhdudlaşdırır və həmin obyektlərdə istənilən silah növünün testinin keçirilməsinə və hərbi bazaların yaradılmasına qadağa qoyur.


Bu saaziş, 1967-ci ildə bağlanıb. Yəni, Elon Musk-ın doğulmasından 4 il öncə. “SpaceX” və “Blue Origin” kimi özəl şirkətlərin yaranması, Günəş sistemində kimin nə edəcəyini anlaşılmaz şəkilə gətirdi. Hökümətlər yenidən bir araya yığışıb tamamilə yeni beynəlxalq kosmik qanunvericilik yaratmalıdır. Çətin ki, bu uzun müddətə baş versin. Buna görə də Musk, əmin olmalıdır ki, yeni qanunlar onun şirkətinə ziyan vurmayacaq və digər özəl şirkətlərin əllərini bağlamayacaq.

İqlim dəyişikliyi:

Bir çoxları üçün Mars planetinin mənimsənilməsi mövzusundakı Musk-ın səbrsizliyi, “bir istifadəlik Yer” kimi görünür. Biz, bir planeti yararsız hala saldıq və yeni planetə keçid etmək vaxtıdır. Təbii ki, Musk bu cür fikirlərlə bu mövzuya yanaşmır. Lakin Yer kürəsində iqlim dəyişikliyindən narahat olan insanlar, səhnəni məhz bu cür görürlər.

Bir çoxları düşünür ki, ilk öncə Yer kürəsinin atmosferini parnik qazlarından, suları, kimyəvi tullantılardan təmizləmək, təbii enerji mənbələrinə keçmək və planetimizə heç bir təhlükənin olmaması üçün bütün tədbirlər görülməlidir. Məhz bundan sonra yeni planeti mənimsəmək olar. Belə olduğu halda, “SpaceX”, ciddi siyasi və iqtisadi güc ilə mübarizə aparmalı olacaq. Bununla yanaşı Musk bildirib ki, o, Mars planeti üçün nəzərdə tutulmuş raketdən istifadə edərək insanları, şəhərlərarası uçuş proqramına start vermək fikrindədir.


Bu cür üsul ilə Nyu Yorkdan Parisə, yarım saata çatmaq olacaq. Çox dəlisov ideya olsa da, tamamilə reallaşdırıla biləndir. Bununla yanaşı bu cür üsul ilə Musk, Mars planeti üçün nəzərdə tutulmuş raketin faydasını, bu layihənin ən böyük tənqidçilərinə də sərgiləyə biləcək. Bəlkə də raketlərdən ifraz olunacaq tullantıların miqdarı, adi təyyarələrin ifraz etdikləri tullantıların miqdarları ilə eyni olacaq.

Bəlkə də müəyyən vaxtdan sonra həmin raketlər, günəş enerjisindən istifadə edərək oksigen və ya metan vasitəsilə hərəkət edəcəklər. Lakin günümüzdə Yer kürəsinin atmosferinin çirklənmə səviyyəsinin yüksək olduğu, parnik qazlardan imtina prosesinin ləng getdiyi və perspektivlərin bədbin göründüyü bir vaxtda bir çoxları, sözügedən kosmik proqrama qarşı çıxa bilərlər.

İlhamlandırır və ya qəzəbə səbəb olur?:

60 il bundan öncə SSRİ, Yer kürəsinin ilk süni peykini işə salmış və bu hadisə dünyanı həmişəlik dəyişmişdi. Bütün ölkələr, texniki təhsilə olan baxışlarını dəyişdilər. Ola bilər ki, biz indi, kosmosun mənimsənilməsi barəsində yeni dövrün qarşısındayıq. Lakin biz, sosial-iqtisadi məsələlərdə daha ağıllı və fərasətli olmalıyıq.


Özəl şirkətlərin, kosmik proqram vasitəsilə milyonlarla pul yumamalarına necə imkan verməmək olar? Necə əmin olmaq olar ki, “SpaceX”, bizi, Yer kürəsində zəhərli qazları udmağa məcbur qoyaraq milyonçuların yeni planetdə tamamilə yeni həyat şəraiti qurmaq cəhdi deyil? Elon Musk, texniki məsələlərin həlli üçün istifadə etdiyi bacarığını, öz ideyalarının irəli getməsi üçün də istifadə etməli olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..


Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightni..


Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)..

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib...

×