Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə hazırlaşır

Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə hazırlaşır

Texnologiya
21.01.2022 PAYLAŞIM

    Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər üzrə direktor axtarışındadır. Bu isə o deməkdir ki, şirkət öz texnologiyasının insanlar üzərində testlərinə hazırlaşır. Şirkət tərəfindən açılmış vakansiyaya əsasən klinik testlər üzrə direktor şirkətin daha öncədən söz verdiyi innovasiyalı tibbi cihazın insanlar üzərində testlərini idarə edəcək. Qeyd etmək lazımdır ki, Neuralink-in hazırladığı beyin implantı ilk növbədə iflic kimi nevroloji xəstəliklərin müalicə olunması üçün nəzərdə tutulub.

    Vakansiyada olan məlumata əsasən işə qəbul ediləcək şəxs həmçinin innovasiyalı üsulların praktikası ilə məşğul olan həkimlər və aparıcı mühəndislər ilə və o cümlədən klinik testlərdə iştirak edəcək ilk şəxslərlə sıx əməkdaşlıq edəcək. Hələ bir neçə müddət bundan öncə Elon Musk bildirmişdi ki, o, Neuralink şirkətinin öz beyin implantını artıq 2022-ci ildə insan beyninə inteqrasiya edəcəyinə ümid bəsləyir. Tibbi məhsulların istehsalçıları öz məhsullarının insanlar üzərində testlərinə keçməmişdən öncə bu bu məsələ ilə bağlı ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazə almalıdırlar.


    İcazənin verilməsi üçün isə həmin nizamlayıcı orqanlar bu və ya digər tibbi məhsulun insanlar üzərində testlərdə istifadəsinin mümkünlüyünü qiymətləndirirlər. Daha sonrakı mərhələdə isə artıq tibbi məhsulun insanlar üzərində testlərinə icazə verilir. Neuralink şirkətinin prosesin hansı mərhləsində olduğu barəsində məlumat yoxdur. Bir qayda olaraq tibbi məhsulların istehsalçıları klinik testlər üzrə direktorları müvafiq nizamlayıcı orqanlarla qarşılıqlı əlaqənin ilkin mərhələsində axtarırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×