main-post-cover

    Elon Musk-ın Neuralink şirkəti uğurla meymun beyninə çip yerləşdirib

    Elm & Texnologiya
    01.02.2021
    Emil Nəcəfov
        Elon Musk bildirib ki, onun Neuralink adlı startapı uğurlu şəkildə meymun beyninə çip inteqrasiya edib və həmin meymun öz fikir gücü sayəsində kompüter oyunları oyanaya bilir. Bu barədə Bloomberg saytı xəbər verib. Musk, Clubhouse adlı sosial şəbəkədə canlı yayım keçirdib və istifadəçilər həmin canlı yayım çərçivəsində ondan Neuralink şirkətinin son nailiyyətləri barəsində soruşublar. “Bizdə, kəllə sümüyündə kiçik implanta sahib meymun var və o, fikir gücü sayəsində kompüter oyunları oynaya bilir. Biz istəyirik ki, meymunlar öz aralarında intellektual pinq-ponq oynasınlar” - deyə Musk qeyd edib.
        Onun sözlərinə əsasən meymun çox xoşbəxtdir və o, meymunlar üçün ən yaxşı şəraitdə yaşayır. Bununla yanaşı o söz verib ki, kompüter oyunları oyanayan meymunun videosu yaxın zamanda təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Neuralink şirkəti 2016-cı ildə yaradılıb. Crunchbase saytının məlumatına əsasən yaradıldığı gündən indiyənə kimi Musk ona ümumilikdə 158 milyon dollar vəsait yatırıb. Şirkətin əsas məqsədi insanlarda olan müxtəlif növ travmaları aradan qaldıracaq texnologiyanın hazırlanmasıdır. Bura həmçinin beyin ilə onurğa beyni travmalarının aradan qaldırılması və həmin travmalar nəticəsində itirilmiş bacarıqların bərpası da daxildir. 
    Linki kopyala