Elon Musk-ın şirkəti Las Veqasdakı birinci yeraltı tunelin qazılmasını uğurla yekunlaşdırdı

Elon Musk-ın şirkəti Las Veqasdakı birinci yeraltı tunelin qazılmasını uğurla yekunlaşdırdı

Texnologiya
17.02.2020 PAYLAŞIM

    Elon Musk-ıın The Boring Company şirkəti məşhur milyarderin iddialı yeraltı tunellər layihəsini reallaşdırmağa davam edir. Bir neçə müddət bundan öncə şirkət təmsilçiləri Las Veqasda inşa edilən yeraltı tunel barəsində yeni hesabatı təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən yerin 12 metr dərinliyində olan 1.61 kilometrlik tunelin qazılması üçün şirkət 3 ay vaxt sərf edib.

The Boring Company

    Növbədə isə ikinci belə bir tunelin qazılmasıdır. Həmin tunel də Las Veqasdakı sərgi mərkəzinin böyük zalları arasında sərnişinlərin yüksək sürətlə daşınması üçün nəzərdə tutulacaq. Plana əsasən yeni yeraltı tunel sistemi hər saat 4400 sərnişin daşıyacaq. Daşınma prosesi isə xüsusi kapsullar vasitəsilə reallaşdırılacaq və həmin kapsullar bütün yolu 1 dəqiqə ərzində qətt edəcəklər.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda sərgi iştirakçıları piyada vasitəsilə həmin yolu 15 dəqiqəyə qətt edirlər. Analitiklərin hesablamalarına əsasən bütün nəqliyyat sistemi 52.5 milyon dollara başa gələcək. Gözləntilərə əsasən sözügedən layihə 2021-ci ilin yanvar ayına kimi sonlandırılacaq və CES 2021 sərgisinin iştirakçılarına rəsmi olaraq təqdim olunacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


OnePlus 8 smartfonlarının Avropa bazarındakı qiymətləri ortaya çıxdı

OnePlus 8 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxandan sonra məşhur insayder Roland Qua..


LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi

LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir.


SMS və MMS-in yerinə 5G mesajlar standartı gələcək

Çinin China Mobile, China Telecom və China Unicom kimi böyük operatorlarının keçirtdikləri online ko..


Honor 30 Pro flaqman smartfon modelinin rəsmi fotoları təqdim olundu

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor, 15 aprel tarixində Honor 30 flaqman..


Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər v..

Trend Micro Incorporated şirkəti koronavirus pandemiyası dövründə olan kibertəhlükələr üzrə yeni hes..


Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələri..

Keçən həftə internetdə saxta məlumatlar yayılmağa başladı ki, guya mobil şəbəkə qüllələri COVID-19 v..