main-post-cover

    Elon Musk-ın şirkəti odpüskürən satışına başladı

    Elm & Texnologiya
    27.01.2018
    Farid Pardashunas
    Elon Musk-ın şirkəti odpüskürən satışına start verir.
    Hələ keçən ilin Dekabr ayında Elon Musk öz Twitter hesabında bildirmişdi ki, əgər onun “Boring Company” şirkəti 500.000 ədəd papaq sata bilsə həmin şirkət odpüskürən satışına start verəcək. Görünür, o heç də zarafat etmirdi. Belə ki, Reddit portalının istifadəçiləri aşkar ediblər ki, boringcompany.com/flamethrower ünvanına keçid edəndə istifadəçilərdən şifrə yığılması tələb olunur.

    Həmin şifrə bölməsinə “flame” yazandan sonra isə istifadəçi odpüskürənin ön sifarişi ilə bağlı səhifəyə keçid edir və həmin səhifədə qiyməti 600$ olan odpüskürəni ön sifariş etmək mümkündür. Ön sifariş səhifəsində həmçinin qeyd olunub ki, odpüskürənin final versiyası prototipdən qat-qat yaxşı olacaq. Ön sifarişi etmiş şəxslər isə bu cihazı Aprel ayında əldə edəcəklər. Lakin çox təəssüfki bundan sonra səhifənin şifrəsi dəyişildi və istifadəçilər səhifəyə keçid etmək üçün hansı şifrənin istifadə olunduğunu tapmağa çalışırlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər