Elon Musk'ın sonu və ya Tesla şirkəti hansı ciddi problemlər ilə qarşılaşıb?

16.04.2018 0 PAYLAŞIM 239 OXUNMA

Analitiklərin fikrincə şirkət həddindən çox pul xərcləyir və bunun fonunda əlavə maliyyənin cəlb olunmasında problemlər yaşana bilər.



Tesla şirkəti ilə nə baş verir?

Mart ayının sonu və Aprel ayının əvvəllərində elektromobil istehsalı ilə məşğul olan Tesla şirkəti bir neçə problemlə qarşılaşdı. 23 Mart 2018-ci il tarixində Tesla avtomobili yol nəqliyyat hadisəsinin səbəbkarı oldu və həmin hadisədə sürücü öz həyatını itirdi. Qeyd etmək lazımdır ki, hadisənin baş verdiyi an Tesla avtomobili avtopilot rejimində hərəkət edirdi. Həmin vaxtda Bernstein şirkətinin analitikləri Tesla Model 3 avtomobilinin istehsalı ilə bağlı problemlərin əks olunduğu xüsusi hesabat hazırladılar. Həmin hesabatda onlar qeyd etmişdilər ki, avtomobillərin istehsalatının yüksək dərəcədə avtomatlaşdırılması faktoru şirkətə çox ciddi problemlər yarada bilər. Analitiklər Elon Musk-a şirkətin strategiyasına və hətta Model 3 modelinin konstruksiyasına yenidən nəzər yetirməsini məsləhət gördülər.

29 Mart tarixində Moddy’s adlı reytinq agentliyi Tesla şirkətinin maliyyə problemləri haqqında ehtimallarını açıqladı güman etdi ki, şirkətin hazırki xərclərini nəzərə alaraq ilin sonuna kimi onun işlərinə maliyyə vəsaitləri çatmayacaq. 30 Mart tarixində şirkət Model S modellərində olan problemlər səbəbilə 123.000 ədəd Model S avtomobilinin geri çağırıldığını xəbər verdi. Həmin gündə şirkət həmçinin 23 Mart tarixində baş vermiş qəza ilə bağlı istintaq məlumatlarını ortaya çıxartdı. İstintaq məlumatlarının ortaya çıxarılması isə NTSB nəqliyyat tənzimləyici agentliyinin narazılığına səbəb oldu. 12 Aprel tarixində Bloomberg xəbər verdi ki, NTSB Tesla şirkətini istintaqdan kənarlaşdırıb.

1 Aprel tarixində Elon Musk öz Twitter hesabında Tesla şirkətinin maliyyə vəsaitlərinin bitdiyini və bu səbəbdən şirkətin iflasa uğradığı barəsində zarafat etrmişdi. Bu ayın əvvəlində şirkət bildirmişdi ki, o, həftədə 2020 ədəd Model 3 istehsalı səviyyəsinə çatıb. Musk həmçinin bildirmişdi ki, istehsalat ilə bağlı idarəetməni öz üzərinə götürüb və bu səbəbdən o, gecələr zavodda qalmaq məcburiyyətindədir. Model 3-ün istehsalı şirkəti narahat edən əsas problemlərdən biridir.

Bazar bu hadisələrə necə reaksiya verdi?

Bu ilin Mart ayının ortasında Tesla şirkətinin səhm qiymətləri getdikcə aşağı düşməyə başladı. 12 Mart tarixində şirkətin bir səhminin qiyməti 345.5$, 28 Mart tarixində isə 257.8$ təşkil etmişdi. Beləliklə səhmlərin qiymət göstəriciləri 25% aşağı düşmüşdür. 2 Aprel tarixində şirkətin bir səhminin qiyməti 252.5$ göstərici ilə minimum nəticə sərgiləmişdi. 13 Aprel tarixində səhmlərin qiymətlərində bir qədər artım olaraq 300$ göstərici təşkil etmişdi.

Tesla şirkəti hansı problemlərlə qarşılaşıb?

Birinci problem avtomobil istehsalının yüksək dərəcədə avtomatlaşdırılması ilə bağlıdır. Bernstein analitik şirkətinin hesabatının müəlliflərinin fikrincə şirkət avtomobil yığılması və istehsalının yüksək səviyyədə avtomatlaşdırılmasına öz diqqətini çox ayırıb. Bu isə öz növbəsində biznesin miqyasının artırılmasında şirkət üçün problemlər yaradır. Şirkətin fikirləşdiyi proses çox qəliz, riskli və iddialıdır. Bernstein şirkətinin fikrincə digər avtomobil şirkətlərindən fərqli olaraq Tesla bir avtomobilin yığılmasına iki dəfə daha çox maliyyə sərf edir. Avtomobilləri yığan mühəndislərin yerinə şirkət qəliz təchizatlara nəzarət edən mühəndisləri işə götürür. Şirkət həmçinin həmin təchizatların quraşdırılıb ayarlanmasına da əlavə maliyyə xərcləyir. Bu səbəbdən şirkət öz maliyyə vəsaitlərinə qənaət etmir.

Tesla şirkəti nəinki avtomobil detallarının istehsalını həmdə avtomobillərin son nəticə olaraq yığılmasını da avtomatlaşdırmağa çalışır. Bernstein şirkətinin analitiklərindən biri öz karyerasına Motor Vehicle Program-da start vermişdi və o düşünür ki, avtomobilin final yığılması mərhələsində avtomatlaşdırma prosesi sadəcə işləmir. Onun sözlərinə görə Tesla şirkətinin öz fabriklərində quraşdırdığı avtomatlaşdırılmış robotlar sadəcə olaraq avtomobillərin son nəticə olaraq yığılması prosesinin temp sürətinin öhdəsindən gələ bilmirlər. Öz hesabatlarında analitiklər bildiriblər ki, hətta ən yaxşı Yapon avtomobil istehsalçıları da öz zavodlarında avtomatlaşdırma prosesini məhdudlaşdırmağa çalışırlar. Belə ki, avtomatlaşdırma prosesi çox baha başa gəlir və məhsulun yekun keyfiyyətinə mənfi təsir göstərir.

Qeyd etmək lazımdır ki, Fiat Volkswagen kimi böyük avtomobil şirkətləri də istehsalatın avtomatlaşdırılmasına nail olmaq istəyirdilər. Lakin bu baxımdan onlar uğursuzluğa uğradılar. Analitiklərin fikrincə istehsalat problemini aradan qaldırmaq və lazımi məqsədlərə çatmaq üçün şirkət nəinki öz istehsalat strategiyasını həmdə Tesla Model 3-ün konstruksiyasını dəyişməli olacaq. Bu ayın ortalarında CBS ilə müsahibəsində Elon Musk etiraf etdi ki, yüksək səviyyədə avtomatlaşdırma prosesi səhv qərar idi və o, istehsalatın optimallaşdırılması üzrə planlarını açıqladı.

İkinci əsas problem maliyyə vəsaitlərinin çatışmazlığıdır

Tesla şirkəti vəsait itkisi problemindən hələ də can qurtara bilməyib. 2017-ci ildə şirkət 2.2 milyard dollar vəsait itirdi. Şirkətin maliyyə direktorunun sözlərinə görə bu vəsaitin 50%-i Model 3 avtomobilinin istehsalının öhdəsinə düşür. Moody’s reytinq agentliyinin analitikləri güman edirlər ki, Tesla şirkətinin vəsaitləri bu ilin sonuna kimi bitəcək. Onlar hesablayıblar ki, şirkət öz əməliyyat biznesinə təkcə yarım il ərzində 500 milyon dollar vəsait xərcləyir. Bloomberg-in hesablamalarına görə şirkət 1 dəqiqə ərzində 6500$ itirir. Elon Musk-ın sözlərinə əsasən əməliyyat biznesi üzrə gəlirli olmaq üçün şirkət həftədə 5000 ədəd Model 3 avtomobilinin istehsalı səviyyəsinə çatmalıdır.

Tesla şirkəti bu cür göstəriciyə bu ilin yay fəslində çatmağı planlaşdırırdı. Həmçinin şirkət bu ilin ilk rübünün sonuna kimi həftədə 2500 avtomobil istehsal etməyi özünə məqsəd qoymuşdu. Aprel ayının əvvəlinə isə şirkət həftədə 2020 ədəd avtomobil istehsalı səviyyəsinə çatdı. 13 Aprel tarixində Musk bildirdi ki, şirkət bu ilin üçüncü və ya dördüncü rübündə artıq gəlirli olacaq. Tesla şirkətinin ümumi borcu 10 milyard dollar təşkil edir. Bu borc göstəricisinə həmçinin şirkətin batareya istehsalçısı SolarCity-ni almaq üçün götürdüyü borc vəsait də daxildir. Həmin borc vəsaitindən il ərzində şirkət 1.2 milyard dolları ödəməlidir.

Bundan əlavə olaraq yaxın zamanda şirkət elektromobil istehsalçıları üçün olan dövlət güzəştlərindən məhrum ola bilər. Hal-hazırda ABŞ hökuməti elektromobil alıcılarına hər avtomobilə görə 7500$ vəsait qaytarır. Lakin bu qanun elektromobil ietshalçısı tərəfindən istehsal olunmuş ilk 200.000 ədəd elektromobilə şamil olunur. Şirkət 200.000 ədəd elektromobili istehsal edib alıcılara çatdırdıqdan sonra dövlət tərəfindən olan güzəşt hal-hazırki rübün sonuna kimi etibarlı olacaq. Ondan sonra dövlət tərəfindən veriləcək hər bir avtomobilə görə pul vəsaiti aşağı düşəcək:

Növbəti iki rüb üçün 3750$. Daha sonrakı 2 rüb üçün isə 1875$. Sonda bu proqram tamamilə bitəcək. Şirkət isə 200.000 ədəd avtomobili bu ilin sonunadək istehsal etməyi planlaşdırır. Engadget saytının məlumatına əsasən dövlət güzəştlərinin bitməsi Model S ilə Model X-in satışlarına təsir etməyəcək. Belə ki, sözügedən modelləri əsasən varlı şəxslər alırlar. Onları isə 7000$-lıq endirim göstəricisi o qədər də narahat etmir. Lakin irimiqyaslı Model 3 avtomobilinin alıcıları üçün bu cür endirim göstəricisi çox vacib faktor hesab olunur. Buna görə də şirkət tez bir zamanda istehsalat prosesini qaydaya salmalıdır. Beləliklə o, daha çox Model 3 modelini endirimlə sata biləcək.

Şirkət yeni maliyyə vəsaitləri cəlb edə biləcəkmi?

Əgər şirkət gəlirli ola bilməsə o öz borclarını qaytarmaq üçün əlavə vəsaitlər əldə etməli olacaq. Moody’s agentliyinin analitikinin fikrincə şirkət yeni vəsaitin axtarışı ilə bağlı problemlərlə qarşılaşa bilər. Belə ki, yerinə yetirilməmiş məqsədlər ucbatından investorların inamı təhlükə altında qalıb, kredit verənlər isə əvvəlki kimi güzəştli şərtlər təqdm etməyə bilərlər. Moody’s agentliyi Tesla şirkətinin öz məqsədlərini yerinə yetirmədiyi üçün Mart ayının sonunda şirkətin kredit reytinqini aşağı salmışdı.

Lakin agentliyin fikrincə şirkətin iflası heç də gözlənilən deyil. Belə ki, əgər şirkətin iflası qaçılmaz olsaydı onda agentlik şirkət üçün daha aşağı kredit reytinqi təyin edərdi. Musk-ın özü isə bildirib ki, şirkətin əlavə maliyyə vəsaiti cəlb etməyə ehtiyacı olmayacaq. Belə ki, şirkət öz vəsaitinin bitməsindən daha öncə gəlir əldə etməyə başlayacaq. Tesla avtomobillərinin sahibi iki vençur investoru Yuriy MelniçekAleksandr Çaçava fikirləşirlər ki, Model 3-ün istehsalat planının həyata keçməməsi Tesla şirkətinin əlavə maliyyə vəsaitləri cəlb etməsinə təsir etməyəcək.

Yuriy Melniçek (İT sahibkar və Bulba Ventures fondunun təsisçisi)

Tesla şirkəti atmosferə karbon qazının buraxılmasının qarşsını almaq üzrə insanlığın əsas tapşırıqlarından birini yerinə yetirməyə çalışır. Əgər bu zərərli proses dayandırılmasa Yer kürəsi də Venera kimi yaşamın mümkün olmadığı bir yerə çevriləcək. Gələcəyin elektromobillər üzrə olacağını anlayanların daha çox olduğu bir vaxtda onlar bizim atmosferə əsas karbon qazını buraxan avtomobil sənayesini daxili yanacaq mühərriki monopoliyasından digər yerə keçirdiblər və ənənəvi avtomobil istehsalçıları artıq öz elektromobillərini anons edirlər. Təbii ki, şüurlu cəmiyyətdə bu cür işi təkcə Tesla görməməlidir.

Neft şirkətləri satdıqları yanacağın yandırılması hesabına atmosferə göndərilən karbon qazını atmosferdən təmizləməlidirlər. Həmin vaxtda benzin və dizel yanacaqlarının qiymətləri qalxacaq və daxili yanma mühərriklərindən istifadə etmək sərfəli olmayacaq. Tesla şirkəti artıq avtomobil sənayesini dəyişmək üzrədir. Bu sadəcə vaxt məsələsidir. Növbədə isə enerji sənayesidir. Tesla şirkəti gecələr enerji ehtiyatı saxlamaq günəş panelləri və batareyalar istehsal edir. Bu məsələdə Model 3-ün istehsalat prosesindəki çətinliklər şirkətin işlərinə necə təsir edə bilər? Bəlkə də necəsə təsir edəcək. Ola bilər ki, şirkətin səhmləri aşağı düşsün. Lakin əminəm ki, şirkətin qlobal məqsədləri və strategiyası dəyişməyəcək.

Aleksandr Çaçava (LETA Capital fondunun idarəedici əməkdaşı)

Elon Musk idoldur və ona ikinci və hətta üçüncü şansı da verəcəklər. Amerika şirkətləri üçün vəsait itkiləri problem deyil. Bazarda çoxlu sayda investor var. Model 3-ün istehsalatdakı problemləri məyusedicidir. Lakin Musk həmişə deadline-ları yerinə yetirmir. Son bir neçə ay ərzində Tesla-nın səhmləri 30% aşağı düşdü, Sentyabrda isə şirkətin vəsaitləri bitəcək. Əgər həmin müddətə kimi Musk Frimontdakı istehsalat problemlərindən hansınısa həll etsə və Gigafactory fabrikinin işində inkişaf əldə etsə şirkətin səhmləri yenidən yüksələcək. Əgər bunlar olmasa onda o əlavə bir neçə milyard dollar tapmalı olacaq və o onları tapacaq (investorlardan və ya dövlətdən). Səhmlər aşağı düşməyə davam edəcək, lakin problemlər gec-tez həll olunacaq. Musk indiyənə kimi buna bənzər və bundan da qəliz vəziyyətlərdən çıxıb. O əsl sahibkar və döyüşçüdür.

Mənbə: Vc.ru



<