Elon Musk'ın The Boring Company şirkəti 100 milyon dollardan çox investisiya aldı
Elm & Texnologiya
17.04.2018
Farid Pardashunas
Elon Musk -ın Los Anceles şəhərində yeraltı tunellərin ərsəyə gətirilməsi üçün yaratdığı The Boring Company şirkəti 112.52 milyon dollar dəyərində öz ilk investisiyasını aldı. Bu barədə Bloomberg saytı xəbər verib. Həmin investisiya vəsaitinin 100 milyon dollardan bir qədər çoxunu Musk özü yatırıb. İnvestisiyanın digər maliyyə məsələləri barəsində heç bir məlumat verilməyib. Dəyərli kağızlar və birjalar üzrə komissiyanın (SEC) dərc olunmuş sənədlərində həmçinin investisiya etmiş şəxslərin adları da qeyd olunmayıb.
Sadəcə olaraq məlumdur ki, investisiya raundunda vəsait 31 iştirakçı (fiziki şəxs və ya təşkilat) tərəfindən cəlb olunub. Bloomberg saytı ilə müsahibələrində şirkət təmsilçiləri qeyd ediblər ki, investisiyanın əsas hissəsi (90%-i və ya 100 milyon dollardan bir qədər çoxu) Musk tərəfindən yatırılıb. Qalan hissəsi isə şirkətin digər əməkdaşlarından əldə olunub. Şirkət həmçinin bildirib ki, investisiya raundunda heç bir vençur investoru və ya kənar investor iştirak etməyib. Bununla belə Musk-ın adı şirkət sənədlərində qeyd olunmayıb. The Boring Company şirkətinin CEO-su vəzifəsində SpaceX-in mühəndisi Steve Davis çıxış edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ