main-post-cover

    Elon Musk-ın yeraltı tunellər layihəsi üçün yeni nəqliyyat vasitəsinin ilk fotosu təqdim olunub

    Elm & Texnologiya
    27.05.2017
    Farid Pardashunas

    Elon Musk-ın yeni şirkəti olan “Boring Company”, yeraltı tunellər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin ilk maket fotosunu təqdim edib.

    Qeyd etmək lazımdır ki, Elon Musk bu yeni şirkəti, yeraltı tunellərin inşası üçün yaradıb. Bir neçə vaxt bundan öncə Musk bildirmişdi ki, yeraltı tunellər, avtomobillər və Hyperloop qatarları üçün nəzərdə tutulacaq. Avtomobillər xüsusi elektrikli platformalar vasitəsilə tunelə enərək həmin platformalar sayəsində tunel daxilində hərəkət edəcəklər. Göründüyü kimi təkcə avtomobillərlə yeraltı tunellər layihəsi sərhəd tanımır. Şirkətin saytında sözügedən tunellər üçün nəzərdə tutulmuş maraqlı nəqliyyat vasitəsinin fotosu təqdim olunub. Həmin nəqliyyat vasitəsi, elektrikli platforma ilə birləşən və korpusu şüşədən olan avtobusu xatırladır. Şirkət və ya Elon Musk-ın özü bu yeni fotolarla bağlı heç bir məlumat verməyiblər. Elon Musk-ın planına əsasən sözügedən layihə, 30 yeraltı tunel səviyyəsindən ibarət olacaq və avtomobillər həmin tunellərdə saatda 200 km sürətlə hərəkət edəcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər