main-post-cover

    Elon Musk Los Ancelesdəki yeraltı tunelin ilk fotosunu təqdim etdi

    Elm & Texnologiya
    30.10.2017
    Farid Pardashunas
    Elon Musk Los Ancelesdəkı tıxaclarla mübarizə aparmağa yönəlik yeraltı tunelin ilk fotosunu paylaşıb.
    Musk tərəfindən yaradılmış “Boring Company” şirkəti nəinki sözügedən tuneli qazıb, həmçinin lazımi naqilləri, həmdə avtomobil platformalarının hərəkət edəcəkləri relsləri də tunel üzrə quraşdırıb. Tunelin 3 km uzunluqda olacaq ilk mərhələsinin tikilişinin gələn ilin əvvəli üçün sonlandırılacağı planlaşdırılır. Musk-ın planına əsasən bu yeraltı tunellər vasitəsilə xüsusi platformalar saatda 240 km sürətlə avtomobilləri lazımi yerlərə çatdıaracaqlar. Həmin platformalar vasitəsilə həm tunelə enmək, həmdə yerüstü mühitə çıxmaq mümkün olacaq.

    Yayda “Boring Company” şirkəti hökümətdən 48 km-lik tunelin qazılması üçün icazə almışdı. Şirkət tunelin ilk hissəsini “SpaceX”in dayanacağında inşa etməyə başladı. Bu mərhələnin sona çatmasından sonra isə uzunluğu 3.2 km olan tunelin inşa edilməsi icazəsi verildi. Sözügedən tunel yerli hava limanına tez bir zamanda çatmağa imkan verəcək. Musk-ın paylaşdığı fotodakı tunel də hava limanına aparacaq tunelin bir hissəsi olacaq. Musk-ın sözlərinə əsasən şirkət hələki 150 metr uzunluqlu tunel qazıb. Uzunluğu 3.2 km olacaq tunelin qazılması prosesi isə növbəti 3-4 ay ərzində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər