Reklam
Elon Musk, Mars planetinə uçuş raketinin testini gələn ilə planlaşdırır

Elon Musk, Mars planetinə uçuş raketinin testini gələn ilə planlaşdırır

Texnologiya
12.03.2018 PAYLAŞIM

“SpaceX” şirkətinin təsisçisi Elon Musk güman edir ki, Mars planetinə yollanacaq yeni kosmik gəminin ilk uçuşu 2019-cu ilin ilk altı ayında reallaşdırılacaq.

    Bu barədə Musk Texas ştatının Ostin şəhərində hər il keçirilən SXSW adlı texnoloji yarmarkasında bildirib. “Biz gələn ilin ilk yarısına qısa uçuşlar üçün hazır olacaq Mars və planetlərarası kosmik gəminin inşası ilə məşğuluq” – deyə Musk bildirib. Bununla yanaşı Musk qeyd edib ki, o, çox zaman öz layihələrinin reallaşdırılması müddətinə tam şəkildə nəzarət edə bilmir.

“Mən güman edirəm ki, biz komsik gəmini inşa edəndən sonra ölkənin digər şirkətlərinin də bu yolla gedə biləcəklərinin bariz sübutunu əldə edəcəyik. Onlar hələki bunun mümkün olmadığını düşünürlər. Lakin biz bunu bacarsaq, onlar da oyuna qoşulacaqlar” – deyə Musk əlavə edib.

    Qeyd etmək lazımdır ki, daha öncə o, Mars planetinin kolonizasiya planını 2022-ci il üçün qeyd etmişdi. Bunun üçün hündürlüyü 106 metr, diametri isə 9 metr olan BFR (Big Fucking Rocket və ya Big Falcon Rocket) raketi hazırlanır. Sözügedən raket 150 ton faydalı yükü qaldırma özəlliyinə sahib olacaq. Bu raket isə öz növbəsində uzunluğu 48 metr, daxilində isə astronavtlar üçün nəzərdə tutulacaq 40 kabin olacaq planetlərarası kosmik gəmini kosmosa göndərəcək. Sözügedən raketin əsas özəlliyi isə ondan ibarət olacaq ki, uçuş xərclərinin aşağı olması üçün ondan təkrarən istifadə etmək mümkün olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×