
Elon Musk: 'Marsda kolonizasiya insanları müharibədən qorumaq üçün şansdır'
Elm & Texnologiya
12.03.2018
Emil Nəcəfov
11 Mart tarixində Elon Musk gözlənilmədən Texas ştatının Ostin şəhərində keçirilən South By Southwest (SXSW) adlı texnoloji festivalda iştirak edib.
İştirak çərçivəsində Musk Üçüncü
Dünya Müharibəsi ehtimalında insan sivilizasiyasının perspektivləri haqqında
danışıb. “Əgər Üçüncü Dünya Müharibəsi baş versə biz qaranlıq vaxtları geridə
qoymaq və insan sivilizasiyasını yenidən qurmaq üçün insanların bir hissəsini
qorumalıyıq. Tez bir zamanda biz Marsda kolonizasiya yaratmalıyıq. Mars Yer kürəsindən
uzaqdadır və müharibə ehtimalında onun sağ qalma ehtimalı daha yüksəkdir” – deyə
Musk bildirib.
Bundan əlavə olaraq o qeyd edib ki, Mars heç də varlı şəxslər
üçün sığınacaq variantı olmayacaq. O düşünür ki, Marsın kolonizasiya prosesi
keçən əsrin əvvəlində Cənub Qütbünə səyahət reallaşdırmış Ernest Shackleton-un ekspedisiyasına
bənzəyəcək. “Çətindir, çox təhlükəlidir, sizin sağ qalmama ehtimalınız çox yüksəkdir.
Lakin sağ qala biləcəklər böyük çoşqunluq keçirəcəklər” – deyə Musk əlavə edib.
Hal-hazırda “SpaceX” şirkəti Mars planetinə insanları göndərəcək 106 metr
hündürlüklü BFR raketi üzərində çalışır.
Qeyd etmək lazımdır ki, keçən ilin
Sentyabr ayında tədbirlərdən birində çıxış edərkən Musk bildirmişdi ki, 2022-ci
ildə Marsa iki ədəd yük gəmisi göndərəcək. 2024-cü ildə isə 4 ədəd yük gəmisinin
göndəriləcəyi planlaşdırılır. BFR raketinin ilk uçuşu 2019-cu ilə
planlaşdırılır. Bütün bunlarla yanaşı Musk qeyd edib ki, onun bu gözləntiləri
çox optimistik ola bilər. Belə ki, o hələ də “SpaceX” və “Tesla” şirkətlərinin
bu qədər məşhurluq qazandıqlarına təəccüb edir. Onun sözlərinə görə o bu şirkətlərin
uğurlu olacaqlarına yalnız 10% inanırdı. Musk həmçinin Üçüncü Dünya Müharibəsindən
daha böyük təhlükə mənbəyi olan süni zəkanı qeyd edib. O, süni zəka sahəsində
olan yeniliklərin heç kim tərəfindən idarə olunmadığına təəccüblə yanaşır.
Linki kopyala
Həftənin xəbərləri

