main-post-cover

    Elon Musk öz mobil telefon nömrəsini səhvən Twitter-də paylaşdı

    Elm & Texnologiya
    20.12.2017
    Farid Pardashunas
    Məşhur sahibkar Elon Musk öz mobil nömrəsini “Oculus” şirkətinin texniki direktoruna göndərəcəkdi. Lakin səhvən onu Twitter hesabında paylaşıb.
    Bloomberg saytının nümayəndələri həmin nömrəyə zəng etsələr də sadəcə olaraq avtocavablayıcının səsini eşidiblər. Musk-ın səhvən öz mobil nömrəsini paylaşdığı postu onun bütün abunəçiləri (16.7 milyon istifadəçi) görə bilərdi. Lakin o həmin paylaşımı tez bir zamanda silib. Əslində Musk öz mobil nömrəsini virtual reallıq texnologiyası üzərində çalışan “Oculus” şirkətinin texniki direktorui John Carmack-a göndərməli idi.
    Bloomberg saytının nümayəndələri isə həmin nömrəyə zəng etdikləri zaman avtocavablayıcının səsini eşidiblər. Avtocavablayıcı isə öz növbəsində God of War oyunundan olan musiqi parçasını səsləndirərək bu cümlələri deyib:
    “Tanrılar vasitəsilə siz bunu etdiniz. Siz hansısa üsulla mənə çatdınız. Mən sizi təbrik edir və sizə hörmət bəsləyirəm”.
    Musk-ın səhvən paylaşdığı postda isə növbəti cümlə yazılmışdı: “Mənimlə danışmaq üçün vaxtın var? Mənim nömrəm.....”. Musk-ın bu səhvi nəticəsində bir çoxları belə nəticəyə gəldilər ki, o, Carmack-ı öz şirkətinə dəvət etməyi və ya “Oculus” şirkəti ilə əməkdaşlıq etməyi istəyir. “Facebook” şirkətinin təmsilçisi isə qeyd edib ki, John Carmack-ın şirkəti tərk etmək kimi bir fikri yoxdur. Bloomberg-in verdiyi məlumata əsasən virtual və artırılmış reallıq texnologiyaları avtomobillərdə avtopilot sistemlərinin yaradılmasında əsas özəlliklərdən biridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər