main-post-cover

    Elon Musk özünün yeraltı tunellər layihəsinin ilk testini keçirdib (VİDEO)

    Elm & Texnologiya
    19.05.2017
    Farid Pardashunas

    “Tesla” və “SpaceX” kimi şirkətlərin təsisçisi Elon Musk özünün yeraltı tunellər layihəsinin ilk test videosunu təqdim edib.

    Təqdim olunmuş videoda bu layihədə istifadə olunacaq və elektriklə çalışacaq avtomobil platforması əks olunub. Videoda kamera, sözügedən platformaya bərkidilib. Platforma isə öz növbəsində tez bir zamanda sürət yığmağa başlayaraq tunel ilə hərəkət edir. Videonu izləməmişdən öncə Musk xəbərdarlıq edir ki, bu video insanda baş gicəllənməsi və epilepsiya tutmaları yarada bilər. Buna görə də videoya müəyyən ehtiyyatlılıqla baxmaq lazımdır. Musk-ın planlarına əsasən sözügedən platforma saatda 200 km sürətlə hərəkət edəcək. Digər bir paylaşımında isə o bildirir ki, ilk yeraltı tunel, LAX hava limanı, Kalver-Siti, Santa Monika, Vestvud ərazilərindən keçərək Şermon Ouks şəhərində bitəcək. Qeyd etmək lazımdır ki, “SpaceX” şirkətinin ofisi, Xotorn şəhərində yerləşir. Test tuneli məhz bu ofisin altında inşa edilir. Hal-hazırda “SpaceX”in öz ərazisindən kənarda tunel inşasına görə icazə alıb-alınmadığı məlum deyil. Musk-ın sözlərinə görə Vestvud-dan LAX hava limanına tunel sayəsində 5 dəqiqəyə çatmaq olacaq. Adi yol ilə isə bu 30-45 dəqiqə zaman aparır. Bundan əlavə olaraq Musk özünün Godo adlı qazma cihazının və Gary adlı ilbizin (“SpongeBob SquarePants” cizgi filmindəki ilbizin adından götürülmüşdür) fotosunu da təqdim edib. Musk-ın planına əsasən Godo, tunel qazaraq Gary-ni ötməlidir. Qeyd etmək lazımdır ki, Elon Musk, tıxaclara son qoymaq üçün bu layihəyə start verib. Onun planına əsasən yeraltı tunellər 30 səviyyədən ibarət olacaq və hər bir səviyyədə avtomobillər xüsusi platforma üzərində hərəkət edərək müəyyən yerə tez bir zamanda çata biləcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər