
Elon Musk: 'Rəqib raket 2023-cü ilə kimi kosmosa uçsa papağımı yeyəcəm'
Elm & Texnologiya
14.02.2018
Emil
Elon Musk Twitter-də növbəti mərci boynuna götürdü.
Lakin bu dəfə o öz uduşuna deyil,
uğursuzluğuna mərc gəlib. Onun fikrincə “United Launch Alliance” şirkəti 2023-cü ilə kimi Vulcan raketini
kosmosa buraxa bilməyəcək. Əks halda o öz papağını xardalla yeməyi söz verib.
Sözügedən mərc Twitter-də Musk-ın öz izləyiciləri ilə Falcon Heavy raketinin
uğurlu start uçuşu barəsində müzakirəsi zamanı yaranıb.
Bir anlıq Musk Falcon
Heavy raketinin uçuş xərcini “United Launch Alliance” rəqib şirkətinin Delta-4
raketinin istehsalı ilə müqayisə edib. Bundan əlavə olaraq Musk bildirib ki,
Delta-4 raketinin kosmosa uçuş xərcinin böyük olmasına baxmayaraq o aşağı
effektivliyə sahibdir. Müəyyən vaxtdan sonra müzakirəyə “United Launch Alliance” şirkətinin
CEO-su Tory Bruno qatılıb və Musk ilə razı olmadığını qeyd edib. O qeyd edib
ki, Delta-4 raketinin istehsalı o qədər də bahalı olmayıb və bununla yanaşı
unikal imkanlara sahib olub.
Çox güman ki, o, Falcon Heavy-nin bu cür imkanlaa
sahib olmadığını bildirmək istəyib. Maraqlısı ondadır ki, Tory Bruno yaxın
zamanda Vulcan raketinin çıxacağını və Falcon Heavy ilə rəqabət apara biləcəyini
bildirib. Cavabında isə Musk ona inanmayıb və qeyd edib ki, raketin uçuş xərci
600 milyon dollardan çoxdur. Lakin heç sirr deyilki Musk-ın ən çox xətrinə dəyən
Vulcan raketinin yaxın zamanda kosmik uçuş reallaşdıracağı ehtimalıdır. Buna görə
də o, mərc təklif edib. O bildirib ki, rəqib raket 2023-cü ilə kimi kosmosa
qalxsa o öz papağını yeyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
