main-post-cover

    Elon Musk səs sürətindən daha yüksək sürətə sahib elektrikli təyyarə yaratmaq arzusundadır

    Elm & Texnologiya
    10.10.2021
    Farid Pardashunas
        Avtomobil və kosmik sahəyə böyük təsir göstərmiş Elon Musk aviasiya sahəsinə də maraq ayırır. Onu əsasən şaquli istiqamətdə qalxış və enişə sahib elektrikli uçuş aparatının yaradılması maraqlandırır. Lakin Musk bu sahədə işlərə start vermək üçün hələ yetəri imkana sahib deyil. Musk-ın əsas özəliklərindən biri onun qeyri adi qərarlar qəbul etməsidir və həmin qərarlar ilk başda dəlisov görünürlər. Peter Diamandis adlı sahibkar öz Twitter hesabında abunəçilərinə maraqlı sual verib. Sual ondan ibarət olub ki, hansı yeni məşğuliyyət Elon Musk üçün layiqli ola bilər?
        Lakin cavablardan birini Musk-ın özü verib. “Mən ölənə kimi şaquli qalxış-enişə və səs sürətindən daha yüksək sürətə sahib elektrikli təyyarə yaratmaq istəyirəm. Lakin əlavə iş mənim beynimi partlada bilər” - deyə Musk cavab verib. Musk öz cavabındakı son hissəni emojilərlə əvəz edib. Qeyd etmək lazımdır ki, bu, Musk-ın aviasiya ilə bağlı ilk bəyanatı deyil. Buna bənzər bəyanatı o bu ilin iyul ayının sonunda öz Twitter hesabında vermişdi. 2018-ci ildə isə o, Joe Rogan-ın podkastında bildirmişdi ki, onun şaquli qalxış-enişə sahib elektrikli təyyarə yaratmaq üçün əla ideyaları var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər