
Elon Musk, 'SpaceX'in ilk kosmik skafandrının tam fotosunu təqdim etdi
Elm & Texnologiya
10.09.2017
Emil
“SpaceX”in təsisçisi Elon Musk, şirkətin ilk skafandr versiyasının tam fotosunu təqdim edib.
O, fotonu öz Instagram hesabında paylaşıb. İlk dəfə
skafandrın fotosu, Avqust ayının sonunda təqdim olunmuşdu. Lakin həmin fotoda
skafandrın yalnız yuxarı hissəsi əks olunmuşdu. Bu dəfəki fotoda isə skafandrı
geyinmiş şəxs, tam şəkildə əks olunub. Həmin fotonun fonunda isə Crew Dragon kosmik
gəmisi əks olunub. Həmin kosmik gəmi sayəsində, Commercial Crew Program
proqrammı çərçivəsində NASA astronavtları, BKS-ə (Beynəlxalq Kosmik Stansiya)
yollanacaqlar. Həmçinin yeni fotoda, skafandrın digər komponentləri olan əlcəkləri,
ayaqqabıları və şalvarı da görmək olar. Məlumata əsasən skafandrın germetizasiyasının
pozulduğu halında o, astronavtın təhlükəsizliyini təmin etməyə qadir olacaq.
Musk, şirkətin ilk skafandrı barəsində daha dolğun məlumatları, yaxın günlərdə
verəcəyini bildirib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
