
Elon Musk, Starlink internet şəbəkəsinin test müddətini açıqladı
Elm & Texnologiya
23.04.2020
Emil
Bu həftə SpaceX şirkəti Yer kürəsinin orbitinə daha 60 ədəd Starlink peykini göndərdi. Qeyd etmək lazımdır ki, Starlink, Elon Musk-ın perspektiv layihələrindən biridir və qlobal peyk internetinin yaradılması üçün nəzərdə tutulub. İndiyənə kimi Musk öz qlobal internet şəbəkəsinin işə salınması üzrə konkret tarix açıqlamırdı. Lakin şirkətin son nailiyyətinin fonunda o bu barədə məlumat verdi. Bu barədə 4pda saytı xəbər verib.
Daha əvvəllər qeyd olunurdu ki, SpaceX-in peyk internetinin testləri 2019-2020-ci illərdə keçirilməlidir. Görünür, şirkət bu plana uymaq niyyətindədir. Belə ki, Elon Musk-dan Starlink internet şəbəkəsinin nə zaman istifadəyə veriləcəyi soruşulub. Musk isə cavab olaraq qeyd edib ki, peyk internetinin bağlı beta test mərhələsi təqribi olaraq 3 aydan sonra başlaya bilər. 6 aydan sonra isə açıq beta-testlərə start verilə bilər.
Lakin Musk hansı ölkələrin istifadəçilərinin bu testlərdə iştirak edə biləcəkləri barəsində məlumat verməyib. Hal hazırda Yer kürəsinin orbitində 422 ədəd Starlink peyki yerləşir. SpaceX isə ümumi olaraq 42.000 ədəd peykin Yer kürəsinin orbitində yerləşdirilməsini planlaşdırır. Bu cür sayda peyk öz növbəsində yüksək sürətli qlobal interneti təmin etməlidir. Buna baxmayaraq artıq indidən Starlink layihəsi tənqidlərə məruz qalır. Məsələ burasındadır ki, bu qədər çoxlu sayda peyk Yer səthindən kosmosun müşahidəsini qəlizləşdirəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
