main-post-cover

    Elon Musk, Starlink layihəsinin 60 ədəd peykini sərgiləyib

    Elm & Texnologiya
    14.05.2019
    Farid Pardashunas
        15 may tarixində baş tutacaq start uçuşu Elon Musk-ın Starlink adlı ən iddialı layihəsi üçün çöx önəmli, SpaceX şirkəti üçün isə ümumilikdə çox unikaldır. İlk dəfə olaraq Falcon 9 raketi məhz SpaceX şirkətinin faydalı yükünü Yer kürəsinin orbitinə göndərəcək. Bundan əlavə olaraq Falcon 9 raketində olan redizayn vasitəsilə raketin baş hissəsində 60 ədəd Starlink peykinin yerləşdirilməsinə nail olunub. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə 15 may tarixində Yer kürəsinin orbitinə Starlink layihəsinin test məqsədli peykləri göndəriləcək. Bu, Elon Musk-ın qlobal internet paylanması layihəsidir və gələcəkdə bu layihə çərçivəsində Yer kürəsinin orbitində minlərlə peyklər yerləşdiriləcək.
        Elon Musk sabah Yer kürəsinin orbitinə göndəriləcək test məqsədli 60 ədəd peykin fotosunu təqdim edib. Perspektivdə Starlink layihəsi Yer kürəsində olacaq ən böyük peyk şəbəkəsi ola bilər. Belə ki, həmin layihə çərçivəsində Yer kürəsinin orbitində 12.000 ədəd peykin, Yer kürəsinin səthində isə milyonlarla stansiyaların yerləşdirilməsi planlaşdırılır. Bəzi peyklər Yer kürəsinin aşağı orbitində yerləşəcəklər. Bu isə öz növbəsində internet siqnalının gecikməsi problemini aradan qaldıracaq. Orbit vasitəsilə təqdim olunan internetin ən böyük problemlərindən biri də məhz budur.

        Bu start uçuşunun bir sıra maraqlı özəllikləri var. Birinicisi, indiyənə kimi Falcon 9 raketi Yer kürəsinin orbitinə 13 ton ağırlığında yük qaldırmayıb. İkincisi, sözügedən peyklərin raketin baş hissəsinin daxilində sıx şəkildə yerləşdirilməsi üçün Falcon 9-un dizaynında ciddi dəyişikliklər etmək lazım gəlib. Üçüncüsü isə həmin peyklərin raketdən ayrılmaları və Yer kürəsinin orbitində yerləşdirilmələri indiyənə kimi test olunmayıb.
        Bütün bunları nəzərə alan Elon Musk ilk start uçuşu barəsində özünü ehtiyyatlı aparır. Buna görə də o qeyd edib ki, birinci start çərçivəsində ehtimal ki, nəsə yolunda getməyəcək. Sözügedən sistemin çalışması üçün isə hər bir uçuş zamanı daxilində 60 ədəd peykin olacağı 6 ədəd Falcon 9 missiyasını reallaşdırmaq lazımdır. Hal hazırki peyklər Starlink v0.9 adını əldə ediblər. Bununla yanaşı onlar peyklərarası əlaqə sisteminə sahib olmayacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər