
Elon Musk, Starlink peyk internet sistemini ilk dəfə test etdi
Elm & Texnologiya
22.10.2019
Emil
Digər planetlərin kolonizasiyası və kosmosa səyahətdən əlavə olaraq Elon Musk, Yer kürəsində hamının istifadə edə biləcəyi peyk interneti sistemini qurmaq istəyir. Bir neçə saat bundan öncə isə o, Starlink peyk şəbəkəsinə qoşulmuş smartfonu vasitəsilə Twitter-də ilk tweet-i yerləşdirdi. Bu barədə 4pda saytı xəbər verib. Musk Twitter-də iki ədəd tweet paylaşıb. Nəticədə onun bu tweet-ləri çoxlu sayda müzakirələrə səbəb olub. Belə ki, çox insan onun sözügedən tweet-ləri Starlink peyk şəbəkəsi vasitəsilə paylaşdığına inanmayıblar. Çünki Musk bu mövzuda hansısa bir sübutu gətirməyib. Bundan əlavə olaraq bir çox istifadəçilər həmçinin bunu internet memə də çeviriblər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
