main-post-cover

    Elon Musk, Starship adlı kosmik gəminin ilk fotosunu təqdim edib

    Elm & Texnologiya
    07.01.2019
    Farid Pardashunas
        SpaceX şikətinin CEO-su Elon Musk öz Twitter hesabında hal hazırda inşa edilən Starship adlı komsik gəmisinin prototipinin ilk fotosunu təqdim edib. Bu barədə Techcrunch saytı xəbər verib. Marsa uçuş üçün nəzərdə tutulmuş bu kosmik gəminin kiçik versiyasının inşası artıq yekunlaşmaq üzrədir. Texas ştatında inşa edilən kosmik gəminin gövdəsi paslanmaz poladdan hazırlanıb. “Starship kosmik gəmisinin test versiyası məhz bu fotodakı kimi olacaq” – deyə Musk qeyd edib.

        Bundan əlavə olaraq o bildirib ki, test versiyasından fərqli olaraq Starship-in tam versiyası illuminatorlara və digər özəlliklərə də sahib olacaq. Musk-ın təqdim etdiyi fotoda əks olunmuş kosmik gəminin dizaynı və forması keçən əsrin 40-50-ci illərində fantastika janrı əsərlərindəki kosmik gəmilərə bənzəyir. Baxmayaraq kosmik gəminin özü Texas ştatında inşa edilir, onun mühərrikləri Kaliforniyada hazırlanır.
        Musk-ın sözlərinə əsasən mühərriklərin ilk testləri artıq gələn ay reallaşdırılacaq. Kosmik gəminin ilk uçuş testi isə ya martda yada apreldə baş tutacaq. Test uçuşu zamanı kosmik gəmi suborbital uçuşa göndəriləcək. Onun orbital uçuşları isə 2020-ci ilə planlaşdırılır. Test versiyasının diametri tam versiyanın diametri kimi olacaq. Yəni 9 metr. Lakin test versiyasının hündürlüyü tam versiyanın hündürlüyündən bir qədər aşağı olacaq. Kosmik gəminin test versiyasının ilk sınaq uçuşundan sonra Musk onun texniki göstəriciləri barəsində məlumat verəcəyinə söz verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər