main-post-cover

    Elon Musk, süni zəkanı, Şimali Koreyadan daha böyük təhlükə kimi görür

    Elm & Texnologiya
    13.08.2017
    Farid Pardashunas

    “SpaceX” və “Tesla” şirkətlərinin CEO-su Elon Musk, süni zəka ilə bağlı yeni xəbərdarlıq məzmunlu çıxış edib.

    O qeyd edib ki, süni zəka, dünya üçün Koreya Xalq Demokratik Respublikası ilə nüvə münaqişəsindən daha böyük risk daşıyır. “Əgər siz, süni zəkanın təhlükəsizliyi haqqında düşünməmisinizsə, onda bu barədə mütləq düşünməlisiniz. O, Şimali Koreyadan daha böyük təhlükə daşıyıcısıdır” – deyə Musk, öz Twitter hesabında bildirib. Musk-ın bu yazısı, yaxın günlərdə keçirilmiş Dota 2 çempionatı ilə əlaqəlidir. Belə ki, həmin çempionatda, qeyri-kommersiya təşkilatı olan OpenAI (Elon Musk, həmin təşkilatın həmtəsisçilərindən biridir) tərəfindən yaradılmış bot, professional Dota 2 oyunçusuna qalib gəlib. Süni zəkanın təhlükəsi ilə bağlı tweet-ə Musk, “sonunda robotlar qalib gələcək” yazısının olduğu plakatı əlavə edib. Qeyd etmək lazımdır ki, Musk, süni zəkanı ilk dəfədir ki, tənqid etmir. Bir neçə müddət bundan öncə ABŞ qubernatorlarının görüşü çərçivəsində o, süni zəkanı, insan sivilizasiyanın qarşılaşa biləcəyi ən böyük təhlükə adlandırmışdı. Həmin çıxışında o, bu texnologiyanın inkişafı barəsində nəzarətin hökümət tərəfindən olmasını qeyd etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər