main-post-cover

    Elon Musk təsdiqlədi: 2050-ə qədər 1 milyon insan Marsa gedə biləcək

    Elm & Texnologiya
    18.01.2020
    Nijat Hamid
            SpaceXTesla kimi şirkətləri ilə tanınan Elon Musk, Starship proyekti ilə bağlı iddialı fikirləri təsdiqləri. Hal-hazırda Musk-ın ən böyük planı Mars planetinə insanların getməsini təmin etməkdir. Beləliklə, Marsa insan koloniyasının təməlləri atılmış olacaq. Twitter üzərindən soruşulan bir suala isə Musk-dan təsdiq gəldi. 

    2050-ci ilə qədər Marsa 1 milyon insanın göndərilməsi mümkün olacaq.

            Elon Musk aktiv şəkildə Twitter istifadə edir. 17 yanvar tarixində atdığı bir tvitdə Marsda insan koloniyası qurmaq üçün il ərzində ciddi dərəcələrdə megaton lazım olduğunu yazdı. Bu yazıdan sonra insanlar Musk-a gün ərzində nə qədər uçuşların edilməsini planladığını soruşdu. Musk da Starship gəmilərinin gündə 3 dəfə uçuş etmək bacarığının olduğunu yazdı. Bunun üzərinə bir istifadəçi gün ərzində 3 uçuşdan 2050-ci ilə qədər 1 milyon insanın Marsa gedə biləcəyini hesabladı və Musk-dan bunu soruşdu. Elon Musk isə bunu təsdiqlədi. Həmçinin daha əvvəl Musk, yeni təqdim olunan Cybertruck pikapının Starship gəmisi ilə Marsa gedə biləcəyinə də işarət etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər