Elon Musk, Tesla avtopilotunun işə salınması tarixini açıqladı
Elm & Texnologiya
24.10.2019
Farid Pardashunas
Tesla şirkətinin təsisçisi Elon Musk şirkətin yeni maliyyə nəticələrini təqdim edən zaman Tesla elektromobillərində olacaq yeni proqram təminatı barəsində məlumat verib. Həmin proqram təminatı sayəsində Tesla elektromobillərində avtopilot sistemi tam şəkildə istifadəyə veriləcək və sürücüdən minimal nəzarəti tələb edəcək. Bu barədə Techcrunch saytı xəbər verib. Bu cür avtopilotun istifadəyə verilməsi müddəti kimi Musk yaxın bir neçə ayı səsləndirib. Başqa sözlə desək, avtopilot sistemi ilin sonuna kimi istifadəyə verilməlidir.
İlkin mərhələdə sözügedən proqram təminatı yenilənməsi məhdud sayda təqdim ediləcək. Bununla yanaşı o qeyd edib ki, yaxın zamanda Tesla Smart Summon funskiyasına sahib proqram təminatı yenilənməsini də təqdim etməlidir. Bu funksiya vasitəsilə Tesla elektromobilləri sərbəst şəkildə avto dayanacaqlardan çıxa biləcəklər. Qeyd etmək lazımdır ki, avtopilot sistemini əldə etmək üçün elektromobil sahibləri FSD adlı yenilənmə paketinə sahib olmalıdırlar. Bu paketin dəyəri isə 7000$ təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ