main-post-cover

    Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

    Elm & Texnologiya
    08.12.2021
    Emil Nəcəfov
        The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələri əhatə etmiş fikirləri səsləndirib. Əhatə edilmiş sahələr arasında robototexnika da olub. Öz çıxışı zamanı Musk bldirib ki, insana bənzəyən Tesla Bot robotları əmək bazarındakı produktivliyi yüksək səviyyəyə qaldıracaq və insan sivilizasiyasının məhvinə səbəb ola biləcək əhali azalması faktorunu kompensasiya edəcəklər. İlk növbədə Musk bildirib ki, proqram təminatı nöqteyi nəzərdən Tesla şirkəti artıq robototexnika sahəsinə aid olan şirkətdir.
        Belə ki, şirkətin elektromobilləri 4 təkərə sahib robotlar rolunda çıxış edirlər və onlar avtomatik şəkildə hərəkət etmək qabiliyyətinə sahibdirlər. Faktiki olaraq insana bənzəyən robotu yaratmaq üçün sadəcə olaraq yeni növ hərəkət mexanizmlərini yaratmaq və proqram təminatını spesifik tapşırıqlar üçün uyğunlaşdırmaq lazımdır. Buna baxmayaraq Musk bu cür robotların nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, Tesla Bot-un təqdimatı zamanı Musk bildirmişdi ki, sözügedən robotun ilk prototipləri artıq 2022-ci ildə hazır ola bilərlər.
        Müəyyən müddətdən sonra Tesla Bot bir çox sahələrdə insanın əl əməyini əvəz edə bilər. Əmək bazarının produktivliyi dünya iqtisadiyyatının vacib elementi hesab edilir. Lakin Musk-ın fikrincə çox zaman peşəkar mütəxəssislərin sayı həddindən artıq az olur. “Mənim fikrimcə sivilizasiyanın məhvinə gətirib çıxardacaq əsas faktorlardan biri də əhali sayının azalmasıdır” - deyə Musk əlavə edib. Onun fikrincə əgər insanlar çoxlu sayda uşaqlara sahib olmasalar, insan sivilizasiyası məhv ola bilər.
    Linki kopyala