Elon Musk, Tesla'nı özəl şirkətə çevirməkdən imtina etdi
Elm & Texnologiya
27.08.2018
Emil Nəcəfov
Elon Musk, Tesla-nı özəl şirkətə
çevirmək planından imtina edib. Bu barədə o, Tesla şirkətinin saytında
bildirib. Musk qeyd edib ki, o, Tesla-nı özəl şirkətə çevrilməsinin nəticələrini
və investorların bu müqaviləyə maraqlarını qiymətləndirmək üçün Silver Lake,
Goldman Sachs və Morgan Stanley şirkətləri ilə məsləhətləşib. Bundan əlavə
olaraq Musk hal-hazırki səhmdarlarla görüşlər də keçirib. O, səhmdarların Tesla
şirkətinin gələcəyini necə düşündüklərini öyrənmək istəyib. Nəticədə bir
çoxlarının fikrincə Tesla-nın özəl şirkətə çevrilməsi heç də yaxşı fikir
deyil.
“Baxmayaraq ki, mənim görüşdüyüm səhmdarlar Tesla-nın özəl şirkətə
çevrilməsi ehtimalında şirkətdə qalacaqlarını bildirsələr də, onların üzlərində
“xahiş edirik bunu etmə” ifadəsi var idi” – deyə Musk bildirib. Bundan əlavə
olaraq Musk qeyd edib ki, Tesla-nın özəl şirkətə çevrilməsi prosesi daha qəliz
olacaq və onun diqqətini hal-hazırki işlərdən ayıracaq. Musk qeyd edib ki, şirkət
hal-hazırda maliyyə stabilliyinə ehtiyac duyur. Onun sözlərinə əsasən Tesla
indi Model 3-ün istehsalına öz diqqətini ayırmalı və gəlir gətirməlidir. “Bütün
bu faktorlardan sonra mən şirkətin direktorlar şurası ilə görüşdüm və qeyd
etdim ki, Tesla-nın ictimai şirkət kimi qalması fikri daha yaxşıdır.
Direktorlar şurası isə bu fikri tam dəstəkləyib” – deyə Musk bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir!
Bir tələbə, ev şəraitində 2 min dollara termonüvə reaktoru hazırlaya bilib!