Elon Musk, Tesla'nın ilk pikap modelinin təqdimat tarixini elan etdi

Elon Musk, Tesla'nın ilk pikap modelinin təqdimat tarixini elan etdi

Texnologiya
07.11.2019 PAYLAŞIM

    Tesla şirkətinin elektrikləşdirilmiş pikap modelini satışa çıxartmaq planları barəsində məlumat hələ bir neçə il bundan öncə ortaya çıxmışdı. İndi isə Elon Musk, Tesla-nın ilk pikap modelinin təqdimat tarixini rəsmi şəkildə elan etdi. Bununla yanaşı o qeyd edib ki, elektropikap futuristik dizayna sahib olacaq. Bu barədə The Verge saytı xəbər verib. Musk-ın verdiyi məlumata əsasən Cybertruck adlı pikap modeli 21 noyabr tarixində SpaceX şirkətinin ərazisində yerləşən dizayn studiasında təqdim olunacaq.

    Onun sözlərinə əsasən pikap diqqəti cəlb edən futuristik dizaynda hazırlanıb və Porshce 911 modelinin baza versiyası ilə müqayisədə daha yaxşı göstəricilər əldə edib. Bununla belə şirkət hələ də pikapın fotosunu təqdim etmir. Son məlumatlara əsasən Tesla-nın pikap modelinə 6 nəfər insan yerləşə biləcək və onun qiyməti 50.000$-dan başlayacaq. Gözləntilərə əsasən elektropikap bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə biləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


iPhone 9-un (iPhone SE 2) təqdimat və satış tarixləri məlum oldu

iPhone-Ticker saytının jurnalistləri Apple şirkətinin nə zaman iPhone 9-u (iPhone SE 2) təqdim edəcə..


MWC 2020-nin ləğv edilməsinə baxmayaraq Huawei və Honor öz təqdimatlarını keçird..

Görünür, Barselonadakı MWC 2020 sərgisinin ləğv edilməsi Huawei və Honor brendlərinin işlərinə təsir..


Elon Musk-ın şirkəti Las Veqasdakı birinci yeraltı tunelin qazılmasını uğurla ye..

Elon Musk-ıın The Boring Company şirkəti məşhur milyarderin iddialı yeraltı tunellər layihəsini real..


Digər brendlərin smartfonlarını istifadə etmiş alıcılar aktiv şəkildə Mi 10-a ke..

Bir neçə gün bundan öncə təqdim edilmiş Mi 10 flaqman smartfon seriyasının ilk partiyası 1 dəqiqə ər..


Lenovo şirkəti öz ilk gamer smartfonunun əsas özəlliyini sərgilədi

 Lenovo şirkəti təqdimata hazırlaşan Legion adlı gamer smartfonunun rəsmi tizer fotolarını təqdim ed..


Mars 2020 aparatı lazer vasitəsilə obyektləri parçalaya biləcək (VİDEO)

Artıq 8 ildir ki, NASA Curiosity aparatı Mars planetinin səthini müşahidə edir. Lakin bu il aparatda..