Logo
    main-post-cover

    Elon Musk Tesla şirkətinin 20 milyon dollar dəyərində səhmlərini almağı planlaşdırır

        Elon Musk 20 milyon dollar dəyərində Tesla şirkətinin səhmlərini almağı planlaşdırır. Bu barədə o öz Twitter hesabında ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) ilə razılığından sonra qeyd edib. Qeyd etmək lazımdır ki, SEC-in qərarı ilə Tesla ilə Musk ümumilikdə 40 milyon dollar cərimə ödəməlidirlər. Musk-ın Tesla şirkətinin səhmlərini nə zaman alacağı hələki bilinmir. Tesla şirkəti bu barədə heç bir fikir bildirməyib. Hal hazırda Musk Tesla şirkətinin ən böyük səhmdarıdır. Belə ki, şirkətin 20% səhmi ona məxsusdur. Hal hazırda Tesla şirkətinin bir səhminin qiyməti 280$ təşkil edir. Beləliklə Musk 71428 səhm ala bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Elon Musk Tesla şirkətinin 20 milyon dollar dəyərində səhmlərini almağı planlaşdırır | Technote