Elon Musk, Tesla şirkətinin birjadan geri alınmasında Səudiyyə Ərəbistanla danışıqlarını təsdiqlədi
Elm & Texnologiya
13.08.2018
Farid Pardashunas
Elon Musk Səudiyyə Ərəbistanın Public Investment Fund (PIF)
adlı suveren fond ilə Tesla şirkətinin səhmlərinin birjadan alınması mövzusunda
danışıqların aparıldığını təsdiqlədi. İlk öncə Tesla şirkətinin səhmlərinin
birjadan alınması təklifi Səudiyyə Ərəbistandan 2 il bundan öncə gəlmişdi.
Musk-ın verdiyi məlumata əsasən bunu etmək üçün PIF yetəri qədər vəsaitə
sahibdir. Bir neçə müddət bundan öncə sözügedən fondun Tesla şirkətinin 5%-ni əldə
etməsindən sonra PIF Tesla-nın özəl şirkətə çevrilməsi mövzusunu aktivləşdirdi.
Musk bildirib ki, bu mövzu ətrafında görüş 31 İyul tarixində baş tutub. Bununla
belə onun sözlərinə görə fondun direktoru şirkəti maliyyələşdirməyə hazırdır.
Musk bildirib ki, məhz sözügedən görüş nəticəsində o, bir neçə müddət bundan
öncə Tesla-nın özəl şirkətə çevrilməsi planını Twitter hesabında bildirmişdi.
Bununla yanaşı o, Tesla-nın özəl şirkətə çerilməsi üçün 70 milyard dollar məbləğin
lazım olacağı ehtimalını təkzib edib. Qeyd etmək lazımdır ki, Musk-ın Twitter-dəki
bu paylaşımından sonra şirkətin bəzi səhmdarları ona qarşı məhkəmə iddiası
qaldırıblar. Onların fikrincə Musk əsassız məlumatlar verərək birjada şirkətin
səhm qiymətlərinin süni qalxmasına nail olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək