Elon Musk Tesla şirkətinin Model 3 istehsalı ucbatından ola biləcək iflası haqqında danışdı
Elm & Texnologiya
22.05.2018
Farid Pardashunas
Tesla şirkəti premium elektromobil
modellərinin istehsalat həcmini lazımi səviyyəyə çatdırmayana kimi ucuz qiymətə
satılan Model 3-ü yüksək istehsalat səviyyəsinə çatdıra bilməz. Əgər Tesla
indiki zamanda qiyməti 35.000$ olan Model 3-ü kütləvi istehsalata buraxsa, şirkət
məhv ola bilər. Bu barədə Elon Musk öz Twitter hesabında bildirib. Musk-ın sözlərinə
əsasən şirkət həftədə 5000 ədəd avtomobil istehsalat etməlidir ki, Model 3 şirkəti iflasa uğratmasın.
“İlk öncə lazımi istehsalat tempinə çatmaq daha sonra onu optimallaşdırmaq lazımdır ki, yekun dəyərə çıxa bilək. Ən ucuz Model 3-ün hal-hazırda kütləvi istehsal edilməsi şirkətin yüksək miqdarda pul itkisinə səbəb ola bilər və şirkəti məhv edə bilər. Biz yaxın 3-6 ay ərzində həftədə 5000 ədəd elektromobil istehsal etməliyik ki, Model 3-ün istehsalatı zamanı şirkət iflasa uğramasın” – deyə Elon Musk bildirib.
Qeyd etmək lazımdır ki, Tesla Model
3 iki versiyada istehsal olunur. 35.000$ qiymətə sahib versiya saatda 210 km
sürət yığır və bir dəfə şarj olunandan sonra 350 km yol qətt edə bilir. 44.000$
qiymətə sahib versiya isə saatda 225 km sürət yığır və 500 km yol qətt edə
bilir. Qeyd edək ki, dünən verdiyimiz xəbərdə qeyd etmişdik ki, Tesla şirkəti 2
batareyalı Model 3-ün istehsalatını planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)