Logo
    Elon Musk, X.com domenini 5 milyon dollara 'PayPal'dan geri aldı

    Elon Musk, X.com domenini 5 milyon dollara 'PayPal'dan geri aldı

    Elon Musk, “PayPal”dan X.com domenini geri alıb.

    Qeyd etmək lazımdır ki, Elon Musk, “PayPal”ın təsisçilərindən biri olub. “X.com” şirkəti, Elon Musk-ın Zip2-dan sonra ikinci startapı idi. Layihə, 1999-cu ildə istifadəyə verilmişdi və online banking mövzusunu əhatə edirdi. 2001-ci ildə isə “X.com”, “Confinity” şirkəti ilə birləşdi və adını “PayPal”a dəyişdi. Həmin vaxtda şirkətin direktorlar şurasının qərarına əsasən Elon Musk öz vəzifəsindən azad edildi. Məlumata əsasən X.com domeni, Elon Musk-a 3 İyul tarixində keçmişdi. “PayPal” təmsilçiləri bu xəbəri təsdiqləyiblər. Lakin domenin alınma qiyməti barəsində heç bir məlumat verilməyib. 2014-cü ilin sonunda ona oxşayan bir başqa domen (Z.com) 6.8 milyon dollara satılmışdı. Bu səbəbdən bir sıra məlumatlara əsasən X.com domenini geri almaq, Elon Musk-a 5 milyon dollara başa gəlib. Elon Musk-ın özü isə həmin domeni nəyə görə geri aldığı barədə heç bir məlumat verməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Elon Musk, X.com domenini 5 milyon dollara 'PayPal'dan geri aldı