
Elon Musk Yanvarda öz avtomobilini Marsa göndərəcək (VİDEO)
Elm & Texnologiya
02.12.2017
Emil
Ağır raket sinfinə aid olan Falcon Heavy-nin ilk uçuşu Yanvar ayında baş tutacaq.
Həmin raket Mars planetinin
orbitinə daxilində mərhum David Bowie-nin “Space Oddity” mahnısının səslənəcəyi Tesla Roadster avtomobilini göndərəcək. Bu barədə Musk öz Twitter səhifəsində
bildirib.
“Təyinat nöqtəsi Marsın orbitidir. Əgər raketin uçuş startı zamanı o partlamasa, raket Mars planetinin orbitində milyardlarla il ərzində qalacaq” – deyə o qeyd edib.
Musk bildirib ki, yük kimi o, albalı rəngində olan öz Tesla
Roadster avtomobilini göndərəcək. Avtomobilin daxilində isə David Bowie-nin “Space Oddity” mahnısı səslənəcək.
Falcon Heavy ağır raketi, ağır raket sinfinə aid olan Falcon 9 əsasında
hazırlanıb. Onun ilk testləri bu ilin May ayında uğurla keçirilib. Lakin buna
baxmayaraq Musk dəfələrlə qeyd etmişdi ki, Falcon Heavy-nin ilk uçuş startı
riskli ola bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
