main-post-cover

    Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

    Elm & Texnologiya
    21.10.2019
    Farid Pardashunas
        Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur. Bəziləri onları satır, bəziləri isə dostlarına və ya qohumlarına bağışlayırlar. Lakin Tesla SpaceX şirkətlərinin yaradıcısı Elon Musk həmin insanlardan deyil. Məlum olub ki, onun köhnə smartfon modellərinin aqibətləri daha acınacaqlıdır. Bu barədə Business Insider saytı xəbər verib.
        SpaceX şirkətinin informasiya texnologiyaları şöbəsinin əməkdaşının verdiyi məlumata əsasən Elon Musk öz smartfonunu tez-tez dəyişir. Bununla belə o öz köhnə smartfon modellərini təhlükəsizlik səbəbilə məhv edir. Bu məlumatı həmçinin Elon Musk-ın vəkili də təsdiqləyib. İlk növbədə həmin smartfonlardakı məlumatların silinməsi prosesi reallaşdırılır.
        Bu isə öz növbəsində konfidensial məlumatların sızdırılmaması üçün edilir. Maraqlısı ondadır ki, Elon Musk-ın vəkili bu mövzu barədə jurnalistlərə müsahibə verən zaman o, tez-tez macOS əməliyyat sisteminin və iCloud bulud servisinin adını çəkib. Burdan da belə qənaətə gəlmək olar ki, Elon Musk, Apple şirkətinin məhsullarına üstünlük verir. Musk-ın hal hazırda işlətdiyi smartfon modeli və əvvəlki smartfonlar siyahısı barəsində bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər